• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” yenilənmiş “Şərq” rominq paketlərini təqdim etdi

“Nar” yenilənmiş “Şərq” rominq paketlərini təqdim etdi
29.05.2020 07:09
Yay mövsümü ilə əlaqədar abunəçilərin artan rominq ehtiyaclarını qarşılamaq məqsədilə bir-birindən sərfəli rominq paketləri təklif edən "Nar” yenilənmiş "Şərq” paketlərini təqdim etdi. İndi "Şərq” paketləri ilə səyahətdən həzz almanın tam zamanıdır. Artıq Dubay və Birləşmiş Ərəb Əmirliklərinin digər şəhərlərinə səyahət etdikdə, rominq xərclərini düşünmədən təəssüratlarını paylaşmaq və daim ünsiyyətdə qalmaq mümkündür.

"Şərq” təklifi iki paketdən ibarətdir: "Şərq-5” və "Şərq-15”. "Şərq-5” paketinə gələn zənglər üçün 5 dəqiqə, çıxan zənglər üçün 5 dəqiqə və 500 MB internet trafiki daxildir. Paketin istifadə müddəti sifariş olunan andan etibarən 3 gün təşkil edir. "Şərq-15” paketi isə gələn zənglər üçün 15 dəqiqə, çıxan zənglər üçün 15 dəqiqə və 1500 MB internet trafikindən ibarətdir. Paketin istifadə müddəti sifariş olunduğu andan 30 gündür.

"Şərq” paketlərindən birini hələ Azərbaycanda olarkən və ya Birləşmiş Ərəb Əmirliklərinə çatdıqda sifariş etmək olar. "Şərq-5” paketini sifariş etmək üçün +5 yazıb 777 qısa nömrəsinə SMS göndərmək və ya telefonun ekranında *777#5#YES kodunu yığmaq, "Şərq-15” paketini sifariş etmək üçün isə +15 yazıb 777 qısa nömrəsinə SMS yollamaq və yaxud telefonun ekranında *777#15#YES kodunu yığmaq kifayətdir. Paketlərin sifariş sayına heç bir məhdudiyyət qoyulmur. Təklifdən BƏƏ-nin "DU” və ya "Etisalat” mobil operatorlarının şəbəkəsinə qoşulmuş öncədən və sonradan ödənişli bütün "Nar” abunəçiləri yararlana bilərlər.

"Nar” rominq xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan "Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol