• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank yeni məhsulunu təqdim edib: ALBALI Junior!

Unibank yeni məhsulunu təqdim edib: ALBALI Junior!
14.09.2017 15:25
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Unibank-dan möhtəşəm fürsət! Övladınıza həm qazandıran, həm də xərclərinə nəzarət edə biləcəyiniz kart hədiyyə etmək istəyirsinizsə, elə indi Unibank-a müraciət edə bilərsiniz. Unibank-ın yeni ALBALI Junior kart məhsulu 16 yaşadək olan uşaqlar üçün nəzərdə tutulub. Kartın əldə olunması valideynin razılığı ilə həyata keçiriləcək. Kartın üzərində övladınızın adı qeyd olunacaq. ALBALI Junior kartının qiyməti 3 AZN / USD-dir.Kartı əldə etmək üçün yalnız valideynin şəxsiyyət vəsiqəsi və övladının doğum haqqında şəhadətnaməsinin surəti lazımdır.

ALBALI Junior debet kartına sahib olmaq bir çox üstünlüklər verir: - Unibank Mobile mobil əlavəsi vasitəsi ilə kartdan xərcləmələrə nəzarət etmək imkanı;

- Unibank-ın filialları, cash-inlərində və E-manat ödəmə terminallarından onlayn olaraq karta vəsaitin mədaxil imkanı;

- Hər alış-verişdə xərclədiyiniz vəsaitin 30%-dək hissəsi hesabınıza geri qayıdacaq; - Kartda qalan pulunuza illik 6%-dək depozit gəliri hesablanır ki, bu da övladınızın gələcəyi üçün ən yaxşı sərmayədir;

- Kartdakı vəsaitin Unibank ATM-lərindən nağdlaşdırma komissiyası 0%-dir;

- Unibank Mobile mobil əlavəsi vasitəsi ilə övladınızın kartına pulsuz köçürmə imkanı;

- Partnyor və qeyri- partnyor mağazalarda endirimlərdən faydalanmaq şansı.

Övladınıza onun adına olan bank kartı hədiyyə edin!

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir. Müştərilərin tələbatını nəzərə alaraq, bankın paytaxt və bölgələrdə yerləşən 5 filialı- "Əcəmi”, "Neftçilər”, 15 saylı(S.Vurğun bağı ilə üzbəüz), "Sumqayıt” və "Gəncə” filialları həftə sonu saat 10.00-dan 14.00-dək müştərilərin xidmətindədir. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , //twitter.com/unibank ) əldə etmək olar.

Unibank - hər kəsin bankı!
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
İqtisadiyyat 10:01
İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
İqtisadiyyat 07:55
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol