• $
  • €
  • ₽
  • ₺
  • £

Caspian European Club-a yeni CEO təyin olunub

Caspian European Club-a yeni CEO təyin olunub
15.11.2017 16:25
Mustafa Abbasbəyli Caspian European Club-un yeni baş icraçı direktoru təyin edilib. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. 

Telman Əliyev qeyd edib ki, Mustafa Abbasbəyli uzun illər Caspian European Club-un hüquq komitəsinə, gömrük və vergilər komitəsinə rəhbərlik edib. 

"O, biznes problemlərinin tədqiqində, həmçinin bizim Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club və Caspian American Club-un Sədri İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığımız bütün təkliflərin hazırlanmasında fəal iştirak edib”, - deyə Telman Əliyev qeyd edib. 

Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə Gəncə şəhərində anadan olub. 2000-ci ildə Xəzər Universitetini bitirərək "Beynəlxalq hüquq” ixtisasına yiyələnib. 2001-ci ildə "Türk dili” ixtisası üzrə Egey Universitetini, 2003-cü ildə Ankara Universitetini "Özəl hüquq” ixtisası üzrə bitirib. 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasında dissertasiya müdafiə edərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 
Maliyyə sahəsi üzrə bir çox şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Hazırda "Beyli Group” şirkətinə rəhbərlik edir. Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində dosent kimi çalışır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. 50-dən artıq elmi işin, həmçinin 3 kitabın müəllifidir. 

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:55
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:09
Dünya bazarlarında neft bahalaşıb
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
İqtisadiyyat 08:03
Azərbaycanda Xəzər sahilində torpaq icarəsi üçün e-sistem yaradılacaq
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
İqtisadiyyat 07:55
SOCAR Vyetnama neft və mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
İqtisadiyyat 14:37
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol