• $
  • €
  • ₽
  • ₺
  • £

"Kriptovalyuta yüksək riskli investisiya aktividir" - Elman Rüstəmov

"Kriptovalyuta yüksək riskli investisiya aktividir" - Elman Rüstəmov
28.05.2020 18:13
"Azərbaycan Mərkəzi Bankı kriptovalyuta problemlərini, "blockchain” texnologiyalarından istifadəni və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir. Kriptovalyuta ilə bağlı Azərbaycan Mərkəzi Bankının mövqeyi konservativdir. Kriptovalyuta valyutaya paralel maliyyə monetar sistemi deyil, yüksək riskli investisiya aktividir.”

AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. 

Baş bankir bildirib ki, "blockchain" qabaqcıl texnologiyadır və yaxın beşillikdə maliyyə sektoru, real sektor, idarəetmə sistemi də daxil olmaqla bütün sistemdə dəyişikliklərə gətirib çıxaracaq.

"Azərbaycan Mərkəzi Bankı "blockchain” texnologiyalarının maliyyə-bank sektorunda tətbiqinə yardım edəcək. Bu sahədə artıq aparıcı məsləhətçi şirkətlərlə danışıqlara başlamışıq. İlk olaraq "blockchain”in hüquqi infrastrukturunu yaratmalıyıq, sonra onun texnoloji tətbiqinə keçməliyik"

E.Rüstəmov qeyd edib ki, sərt xarici şok olmazsa, valyuta bazarında sabitlik qorunacaq:
"Proqnozlaşdırılan neft qiymətləri çərçivəsində tədiyyə balansının cari hesabı tarazlıdır. Valyuta bazarındakı tələb və təklif arasındakı tarazlıq, manatın məzənnəsinin sabitliyini təmin etmək iqtidarındadır. Bank sektorunda restruktrizasiya davam etməlidir. Problemli aktivlər həllini tapmalıdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol