• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən developerlər üçün “Blokçeyn texnologiyası və yeni imkanlar” mövzusunda təlim

“Bakcell”dən developerlər üçün “Blokçeyn texnologiyası və yeni imkanlar” mövzusunda təlim
28.05.2020 23:00
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün "AppLab” proqramında iştirak edən gənc developerlərin peşəkar inkişafına dəstək göstərmək məqsədilə müxtəlif mövzularda təlimlər keçirir.

Gənc developerlər üçün nəzərdə tutulan növbəti təlim müasir dövrün ən aktual mövzulardan olan "Blokçeyn texnologiyası”na həsr olunub. Təlim sessiyası zamanı "AppLab” Mərkəzinin dəstəyi ilə yaradılan müxtəlif İT layihələrin müəllifləri tərəfindən "blokçeyn” texnologiyasının yerli məhsul və xidmətlərə tətbiq edilməsi imkanları, bu texnologiyanın yeni layihələrin yaradılması və problemlərin həlli üçün yararlı olması məsələləri geniş şəkildə müzakirə edilib.

"Fikrimcə, bu texnologiya hər bir fərd, biznes və ümumilikdə bütün cəmiyyət üçün geniş imkanlar yaradan yeni nəsil texnologiyadır. "Blokçeyn” həmçinin internet istifadəçilərinin təhlükəsizlik və məxfiliyinin qorunması üçün çox yararlı olacaq”, deyə "Blutu” layihəsinin təsisçisi Əhməd Xələfbəyli bildirib.

""Blokçeyn” dünyada yeni iqtisadi və ictimai sistemlərinin əsasını təşkil etmək potensialına malik olan həlledici və fundamental texnologiyadır”, deyə Bakcell şirkətinin Mobil Əlavələrin İnkişaf Etdirilməsi üzrə meneceri Orxan Babayev söyləyib.

Blokçeyn texnologiyası təkcə maliyyə və İT sahəsi deyil, bir çox digər sahəyə təsir edə biləcək imkanlara yol açan ən son texnoloji yeniliklərdəndir. Sadə dildə desək, "Blokçeyn” müxtəlif növ məlumatı ehtiva edən ardıcıl bloklar (birləşdirilmiş siyahı) zəncidir.

"AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Layihə çərçivəsində gənc yerli developerlər "Applab”datəqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanırlar.

"Bakcell”in və "AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc developerləri öz ideyalarını yerli və beynəlxalq bazarlarında rəqabət apara biləcək yeni məhsul və ya xidmətlərinə çevirmək üçün tələb olunan araşdırma və məsləhətlərlə təmin edilirlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol