• $
  • €
  • ₽
  • ₺
  • £

"Formula 1"də bir ilk yaşanacaq

"Formula 1"də bir ilk yaşanacaq
28.04.2018 11:40
"Formula 1” şirkəti və Beynəlxalq Avtomobil Federasiyasının "Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən builki mövsümdən etibarən paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət edəcəklər.

Anews.az-ın məlumatına görə, bu yenilikdə məqsəd yarışdan əvvəl keçirilən açılış mərasimini F1 azarkeşləri, xüsusən də gənclər üçün daha maraqlı etməklə yanaşı, uşaqlar və yeniyetmələr arasında avtomobil idmanını təbliğ etməkdir.

Bu təşəbbüsü ölkəmizdə Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə F1 Qran Prisinin promouteri olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) birgə həyata keçirir. AAF və BŞH azyaşlıları bu unikal fürsətlə təmin etməklə, onlara yarışın müstəsna və ən həyəcanlı məqamının bir hissəsi olmaq imkanı yaradır.

Qeyd edək ki, "Gələcəyin ulduzları” Azərbaycan Avtomobil Federasiyası tərəfindən idman yarışlarında və təhsildə fərqlənən, həmçinin xüsusi istedada malik 7-10 yaşlılar arasından seçilib. 20 uşağın (10 qız və 10 oğlan) hər biri mərasim zamanı bir pilotun yanında dayanacaq.

Azərbaycan Qran Prisində iştirak edəcək "Gələcəyin ulduzları” üçün yarış həftəsonuna dair təlimlər keçirilib və aprelin 25-də görüş zamanı uşaqlara müvafiq tapşırıqlar verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol