Diqqət: Bu qəsəbələrdə su olmayacaq

Mehdiabad və Digah qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Azərsu ASC-dən anews.az-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar mayın 11-i gün ərzində Mehdiabad və Digah qəsəbələrinə, həmçinin Mehdiabad qəsəbəsindəki məcburi köçkün yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























