• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 53 əcnəbi saxlanılıb

Azərbaycanda 53 əcnəbi saxlanılıb
29.05.2020 08:34
Mayın ilk 10 günü ərzində  Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 22 Pakistan, 20 Özbəkistan,  6 Hindistan,  2 Türkiyə, 2 Gürcüstan və 1 nəfər Qırğızıstan vətəndaşı olmaqla, ümumilikdə 53 əcnəbi saxlanılıb.

DMX-dən anews.az-ya verilən məlumata görə, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları məlum olub. Həmçinin, 19 nəfər Özbəkistan vətəndaşının və 1 nəfər Qırğızıstan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Bundan əlavə, ölkədə qanunsuz yaşayan Pakistan İslam Respublikasının vətəndaşları Tahira Yasmeen və Tabsum Khawaja Waqar Rahmed tərəfindən öz həmvətənlərini Azərbaycan Respublikası ərazisindən istifadə etməklə Avropa və Kanada istiqamətində tranzit keçidini təşkil etmək vədi ilə aldadaraq Azərbaycana gətirdikləri məlum olub.

T.Yasmeen həmin əcnəbilərin müxtəlif ünvanlarda yerləşdirilməsini həyata keçirib, onlara Azərbaycanda müvəqqəti yaşama icazəsi alacağına vəd verməklə, müəyyən məbləğdə pullarını mənimsəyib və qanunsuz miqrasiyaya şərait yaradıb.

Qeyd edilən əcnəbilərin müvafiq məsuliyyətə cəlb edilmələri, eləcə də  Azərbaycan Respublikası hüdudlarından kə­na­ra çıxarılmaları istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti  qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol