• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumət gömrüklə bağlı dəyişiklik etdi

Hökumət gömrüklə bağlı dəyişiklik etdi
18.05.2018 10:14
Nazirlər Kabineti  "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib. 

GoldNews.Az-ın məlumatına görə, qüvvədə olan Qaydalara əsasən nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada mallara və nəqliyyat vasitələrinə dair ilkin məlumatlar təqdim oluna bilərdi.

Dəyişikliyə əsasən isə bundan sonra nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş məlumatlar təqdim edilməlidir. Artıq mütləq qaydada təqdim edilməli olan məlumatlar isə aşağıdakılardır:

- nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;
- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;
- nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;
- təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;
-. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;
- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

Qeyd edək ki,  Nazirlər Kabineti "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 962-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli sərəncamının  icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib. Gömrük Məcəlləsinə edilən həmin dəyişiklikdə də yuxarıda qeyd olunan məlumatların mütləq gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim olunması əksini tapıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol