• $
  • €
  • ₽
  • ₺
  • £

Dollarla bağlı mühüm proqnoz

Dollarla bağlı mühüm proqnoz
21.05.2018 12:16
"Commerzbank” dolların dünyanın aparıcı valyutası statusunu itirməyə başladığını açıqlayıb. Bunun qismən ABŞ-ın sanksiya siyasətindən qaynaqlandığı irəli sürülüb. 

Anews.az xəbər verir ki, "Commerzbank”ın baş iqtisadçısı Corc Kraemer tərəfindən hazırlanan hesabata əsasən, Donald Tramp hökumətinin Avropa ilə münasibətləri pozulduqca dolların dünyanın aparıcı valyutası statusunu itirməsi tendensiyası güclənir: 

"Dünyada dolların ehtiyat valyuta statusunun sonudur? Bu sual İkinci Dünya Müharibəsinin sonundan indiyə qədər bir neçə dəfə gündəmə gəlib.

Belə ki, ötən əsrin 60-cı illərinin əvvəlində Fransa prezidenti Şarl de Qoll dolların beynəlxalq hesablaşmalarda tətbiqindən imtina edərək, qızıla keçdi. 2009-cu ildə Rusiya və Çin rəhbərləri hesablaşmalarda dollardan imtinaya təşəbbüs göstərdilər. Lakin bu addımların heç biri uğurlu olmadı. Bu gün artıq dolların valyuta kimi statusu çökməkdədir”.

 Kraemerə görə, dollar valyuta bazarındakı mövqeyini getdikcə həmin yeri avro tutacaq:

"Şübhəsiz, hələ də beynəlxalq maliyyə əməliyyatlarının böyük hissəsi dollarla aparılır. Ancaq bu pay son illərdə azalıb və avro ciddi rəqibə çevrilib. Avronun proseslərdəki payı, sadəcə, dörd bənd geridir”.

İqtisadçı avronun artan əhəmiyyətinin bir səbəbini də  Avro Bölgəsində borc böhranının başa çatması ilə izah edib. Onun sözlərinə görə, bölgədə iqtisadi artım başlayıb:

"Ancaq bu artım hələlik dolların dünya valyutası kimi statusunu təhdid etməyə yetərli deyil.  Hesab edirəm ki, avro ödəmə əməliyyatlarında status qazanarsa, tələbat daha da artacaq.

Çünki ABŞ-ın əksinə olaraq, hazırda Avro Zonası cari profisitə malikdir. Bu da avronun təkcə dollar qarşısında deyil, bütün valyutalara qarşı dəyər qazanacağını göstərir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol