• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur dəmiryol vağzalı niyə sökülür?

Məşhur dəmiryol vağzalı niyə sökülür?
05.06.2018 15:47
Bakının Sabunçu rayonunda yerləşən dəmiryol stansiyası sökülür. 

"Qafqazinfo” əməkdaşları söküntü işləri ilə tanış olmaq üçün əraziyə baş çəkiblər. Məlum olub ki, ərazidə söküntü işlərinə bir neçə müddətdir başlanılıb. 

Artıq Sabunçu Dəmiryol Stansiyasının yaxınlığında yerləşən bir sıra obyektlər sökülüb. Hazırda ərazidə sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün piyada keçidi tikilir.

Tikinti işlərini həyata keçirən 11 saylı ixtisaslaşdırılmış dəmiryol müəssisəsinin iş icraçısı Əmirxan Məmmədov bildirib ki, plana əsasən 28 May stansiyasından Sumqayıta qədər olan dəmiryol xətti bütövlüklə yeniləcək: 

"Təcili yardım üçün də keçid tikilməsi nəzərdə tutulur. Müasir tələblərə uyğun olaraq dəmiryol vağzalı da yenidən qurulacaq, vağzalın layihəsi hazırdır. Burada işlər mayın əvvəlində başlanılıb, ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.  Ərazidən Avropa standartlarına uyğun olaraq sürətli qatarlar işləyəcək. Ona görə də dəmiryol vağzalının yenidən tikilməsinə ehtiyac var. Bu xətlər Bakıdan Sumqayıta işləyən sərnişin qatarı və yüklər üçün nəzərdə tutulub”.

Yaxınlıqda yerləşən obyektlərin və evlərin sökülməsinə gəlincə isə Ə. Məmmədov qeyd edib ki, layihə çərçivəsində 15-ə yaxın yaşayış evi söküləcək: "Sakinlərə artıq bu haqda məlumat verilib. Bu ayın ortasından başlayaraq söküntüyə başlanılacaq”.   

"Qafqazinfo” evləri söküləcək sakinlərlə də danışıb. 

Məcburi köçkün Akifə Vəliyeva bildirib ki, artıq müvafiq qurumlar tərəfindən evinin kvadratı ölçülüb: "Hər kvadrata görə 1000 manat verəcəklər. Əlavə də üstündə 1000 manat ödəniş edəcəklər. Bizə bildiriş verdilər, onu 6 saylı Xətai  Notariat İdarəsində təsdiqlətdik. Pulumuzu almağı gözləyirik. Artıq əşyalarımızı yığmağa başlamışıq. Dedilər ki, banka pul köçəndə xəbər edəcəklər. O pula isə 1 daxmadan artıq ev almaq mümkün deyil. Hər yer bahadır”. 

Qəmər Nağıyeva da evin kvadratına görə verilən kompensasiyanın artırılmasını istəyir: "Fərli pul versinlər ki, buradan köçüb başqa yerdə ev ala bilək. Evin sahəsi  25 kvadratdır. 25 min manata hardan ev almaq mümkündür ki?!”

Mənzili plana düşməyən Nizaməddin Bayramov isə ətrafdakı tikinti işlərinə görə mənzillərə ziyan dəydiyini qeyd edib: "Hələ ki, bizim evimiz plana düşməyib. Deyirlər ki,1 aya sizə məlumat verəcəyik. Burada iş görürlər, evlər çartlayır. Hər yer toz-torpaq içindədir. Hamı evin içində qalır, çölə də çıxa bilmir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol