• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-ın yeni binasının tikintisi məsələsinə aydınlıq gətirildi

SOCAR-ın yeni binasının tikintisi məsələsinə aydınlıq gətirildi
29.05.2020 11:22
Bəzi kütləvi informasiya vasitələrinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı şəhərində inşa etdirdiyi yeni inzibati binasının tikintisi layihəsinin 1,9 mlrd. ABŞ dolları (1,5 mlrd. manat) dəyərində olması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bunu "Report"a açıqlamasında SOCAR-ın mətbuat ximdətinin rəhbəri Nizaməddin Quliyev deyib.  Onun sözlərinə görə, layihənin icrası ilə bağlı aparıcı xarici şirkətlərlə imzalanmış müqavilələr hər kəs üçün açıqdır: "Tikinti ilə bağlı SOCAR rəhbərliyi dəfələrlə açıqlama verib. Səsləndirilən rəqəmlər reallıqla müqayisədə 6-7 dəfə şişirdilib. İnşaat işində tanınmış şirkətlər iştirak edir və bütün nüanslar onlar vasitəsi ilə də dəqiqləşdirə bilərlər". N.Quliyev əlavə edib ki, bu tipli xəbərlər ilk dəfə deyil yayılır: "Bu, müəyyən qüvvələrin ölkədə baş verən bütün müsbət proseslər, aparılan quruculuq işlərinə və inkişafa qarayaxma vərdişlərindən irəli gəlir". Qeyd edək ki, 2010-cu ilin oktyabr ayında ölkə prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində SOCAR-ın yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. Şirkətin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildə başlanılıb. Nəticədə, Cənubi Koreyanın “Heerim Architects & Planners Co. Ltd.” şirkəti tərəfindən təqdim olunan “külək-alov” konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb və 2007-ci ilin sentyabrında SOCAR və “Heerim Architects & Planners Co. Ltd.” şirkəti arasında müvafiq müqavilə imzalanıb.  Tikinti üzrə xidmətlərin göstərilməsi üçün 2010-cu ilin martında elan edilən açıq müsabiqədə isə 8 nüfuzlu tikinti şirkəti arasından "TEKFEN İnşaat və Təchizat" (Türkiyə) seçilib və həmin şirkətlə SOCAR arasında müqavilə imzalanıb. Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini “Heerim Architects & Planners” şirkəti həyata keçirir. Layihə ilkin olaraq 235,4 mln. dollar məbləğində dəyərləndirilir.  Xatırladaq ki, 200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək. Binanın yeraltı mərtəbəsində 1 045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. Binanın ikinci mərtəbəsi fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələri şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kv. metr, zirzəminin sahəsi təxminən 52 min kv. metr, ofis hissəsinin sahəsi isə 40,5 min kv. metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır. Bina Rixter şkalasına görə 9 ballıq zəlzələyə davamlı olacaq. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol