• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank Respublika”dan Mətbuat Günündə jurnalistlər üçün faydalı press-tur

“Bank Respublika”dan Mətbuat Günündə jurnalistlər üçün faydalı press-tur
29.05.2020 07:07

143 il öncə iyulun 22-də Həsən bəy Zərdabinin "Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan Milli Mətbuatının əsası qoyulmuşdur. Bu əlamətdar tarixlə bağlı olaraqBank Respublika ölkənin aparıcı media nümayəndələri üçün Qusar rayonunda 2 günlük fərqli və faydalı press tur təşkil etdi.
 
Press tur Milli mətbuatımızın banisi, görkəmli ədib və mütəfəkkir Həsən bəy Zərdabinin məzarı ziyarət edilməklə başladı.Daha sonra press tur iştirakçıları Qusar şəhərinə səyahət edərək orada yerləşən otellərin birində peşəkar biznes və həyat kouçu Könül Babayeva tərəfindən maraqlı və faydalı təlim keçdilər. Təlimçi jurnalistlərə həyat və biznes məqsədlərinə necə çatması üzrə önəmli məsləhətlər verdi. İnteraktiv keçən təlimdə media nümayəndələri də öz təcrübə və fikirlərini bölüşdülər.
 
Təlimdən sonra iştirakçılar üçünQusar rayonunda yerləşən vəBank Respublikanın uzun müddətdir dəstək verdiyi biznes təsərrüfatlarından birinin meyvə bağlarına ekskursiya təşkil olundu.Qeyd edək ki, 210 hektardan artıq birərazidə yerləşən təsərrüfatda müxtəlif növ meyvə növləri yetişdiirlir və xarici ölkələrə ixrac edilir. Ekskursiya zamanı media nümayəndələrinə müxtəlif növ meyvələrin yetişdirilməsi, yığılması, qablaşdırılması prosesi haqqında məlumat verildi. İştirakçılar meyvələrin saxlandığı xüsusi soyuducularla, meyvələri təmizləyən və qablaşdıran avadanlıqlarla tanış oldular.
Növbəti günBank iştirakçılar üçünQafqaz sıra dağlarının şimal-şərqində yerləşən Laza kəndinə səfər təşkil edərək onlara səfalı yerlərlə tanışlıq imkanı yaratdı.
 
İki gün davam edən press tur Qubada 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksinin ziyarət etməkləyekunlaşıb. 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol