• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı milyarder borc bataqlığında

Azərbaycanlı milyarder borc bataqlığında
29.05.2020 02:29
İş adamı Telman İsmayılovun 100 milyon dolları üstələyən borc qarşılığında daşınmaz əmlakı “Manqazeya” qrupuna verməklə bağlı razılaşma pozula bilər. Ümumi dəyərləri 50 milyon dollar olaraq qiymətləndirilən Nikitski bulvarındakı uzun müddətdir tikilməkdə olan və Moskva şəhərinin qərbində yerləşən mehmanxana böyük ehtimalla artıq Azərbaycan Beynəlxalq Bankının (ABB) mülkiyyətinə keçib.ANS PRESS-in məlumatına görə, "Manqazeya" qrupunun nümayəndələri "Kommersant" qəzetinə bildiriblər ki, həqiqətən Nikita bulvarı 6/20 ünvanda yerləşən mehmanxana Azərbaycana aid olan Beynəlxalq Bankın nəzarətini keçib. Halbuki məhkəmə yolu ilə İsmayılova aid strukturlardan borcun geri alınmasına çalışılır.Daha əvvəl tərəflər mübahisəli əmlakın Telman İsmayılovun borclarının bağlanması mümkünlüyünü müzakirə edirdilər. Lakin “Manqazeya”nın nümayəndələri ilə söhbətdən bəlli olub ki, İsmaylova aid edilən 90 nömrəli otel ABB-nin aktivindədir. Bu da İsmailovun borcların yerinə aktivlərin verilməsini kölgə altına qoyur. “Manqazeya” başçısı qızıl emalı biznesi, qaz emalı, maliyyə və inkişaf şirkətləri ilə məşğul olan Sergey Yançukov Telman İsmayılovla 2010-cu ildə tanış olub. 2010-2011-ci illərdə İsmailovun “Tandum” şirkəti 100 milyon dollar dəyərində illik 10 faizlə “Manqazeya”nın törəməsi sayılan "Sezariya Ltd" ilə iki kredit müqaviləsi imzalayır. AST strukturları 2013-cü ilin sentyabrınadək pulu qaytarmalı idi, lakin, bu, baş vermir.Belə olan təqdirdə "Sezariya" 2014-cü ilin yayında İsmayılovun ümumi məbləği 135 milyon dollar dəyərində aktivlərinin dondurulması hökmünü verən Nikosiya yerli məhkəməsinə müraciət edir. Aktivlər arasında nəinki “Manqazeya” iddia etdiyi əmlaklar, eləcə də Türkiyədə olan lyuks otel kompleksi “Mardan Palace”, 3-cü idman dairəsində olan “Safisa” şadlıq sarayı, Qaribaldi küçəsində yerləşən “Marina” ticarət mərkəzləri də var. Məsləhətçilər daha əvvəl bu aktivlərin ümumi qiymətini 1,6 milyard dollar qiymətində dəyərləndirirdilər. Qeyd edək ki, 2008-ci ilə kimi Telman İsmayılov ən nüfuzlu Moskva biznesmenlərindən olub. Onun AST qrupu qalmaqalla sökülən “Çerkizov” bazarını, “Voentor” binasını, Yeni Arbatda yerləşən “Praqa” restoranını və Moskva ətrafı 3 min hektara yaxın ərazini nəzarətində saxlayırdı. Lakin 2008-ci ildə hüquq-mühafizə orqanları “Çerkizov” bazarında 2 milyard dollar qiymətində qaçaqmal qeydə alır. Ticarət sahəsini bağlayırlar, İsmailov özü isə Türkiyəyə yerləşir. "Forbes" hazırda onun sərvətini 0,75 milyard dollar dəyərində qiymətləndirir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol