• $
  • €
  • ₽
  • ₺
  • £

İran Azərbaycana birgə avtomobil istehsalı təklif edir

İran Azərbaycana birgə avtomobil istehsalı təklif edir
28.05.2020 21:38

Azərbaycan və İran birgə avtomobil istehsal edə bilərlər. Avtomobil istehsalı zavodu Bakıda və ya Təbrizdə ola bilər. Bunu Trend-ə Bakıda səfərdə olan İran parlamentinin Mədənlər və sənaye komissiyasının üzvü Əli Əlilu deyib.

Ə.Əlilu bildirib ki, iki ölkənin avtomobil istehsalçılarının bir-biri ilə əlaqələr qurması üçün lazımi işlər görülməlidir. “Müştərək istehsal olunacaq avtomobilin keyfiyyəti dünya standartlarına cavab verməli, Avropa istehsalı olan avtomobillərlə rəqabət apara biləcək avtomobilər olmalıdır”.

Parlamentari əlavə edib ki, daha ucuz və dünya standartlarına cavab verə biləcək avtomobillərin istehsalı üçün hər iki ölkədə potensial var: “Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində hazırda böyük avtomobil istehsalı zavodu var. Bu zavodda çox keyfiyyətli məhsul istehsalı üçün lazım olan bütün texniki avadanlıqlar var”.

O deyib ki, müştərək avtomobil istehsalı üçün hər iki ölkədə mühəndislər, texniki avadanlıqlar və təcrübəli şəxslər var.

Ə.Əlilu qeyd edib ki, İrandan Azərbaycana hazırda müxtəlif markalı avtomobillər ixrac olunur: "Bu sahədə iki ölkə arasında əməkdaşlıq var, lakin qənaətbəxş səviyyədə deyil".

İran KİV-lərinin məlumatına görə, İran ötən il Azərbaycana 1481 minik avtomobili ixrac edib. İxrac olunan avtomobillərin ümumi dəyəri 10 milyon dollar təşkil edib. Məlumata əsasən, 2013-cü ilin noyabr-dekabr ayları ərzində İrandan Azərbaycana 282 ədəd "KIA Pride" markalı avtomobil ixrac olunub. Onların ümumi dəyəri 1 milyon 635 min 600 dollar təşkil edib.

2013-cü il dekabr ayı ərzində İranın SAIPA avtomobil istehsalı şirkətindən Azərbaycana 96 ədəd TİBA markalı avtomobil ixrac olunub. Həmin avtomobillərin ümumi dəyəri 710 min 400 dollar təşkil edib.

Bundan başqa, İrandan Azərbaycana "Samand", "Peykan" və "Tondar" markalı avtomobillər də ixrac olunub. Onların ümumi dəyəri isə 673 min dollar təşkil edib.

İrandan Azərbaycana gətirilən bir "KIA Pride" markalı avtomobilin qiyməti 5800 dollar, TİBA - 7400 dollar, "Samand" - 8000 dollardır.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol