• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in Barama mərkəzində 25 məktəbliyə pulsuz proqramlaşdırma dərsləri keçirilib

Azercell-in Barama mərkəzində 25 məktəbliyə pulsuz proqramlaşdırma dərsləri keçirilib
29.05.2020 09:29
"Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla başa çatıb

"Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uşaqlarda rəqəmsal sahəyə marağı artırmaq və rəqəmsal ekosistemin inkişafına dəstək olmaq məqsədi ilə həyata keçirdiyi "Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla yekunlaşıb. 31 avqustda dərslərdə iştirak edən məktəblilərin, o cümlədən, valideynlərin, müəllimlərin və qonaqların iştirakı ilə layihənin başa çatmasına həsr olunan xüsusi tədbir keçirilib. Barama Mərkəzinin koordinatoru Fidan Tofidi layihənin hər kəs tərəfindən maraqla qarşılanmasını və təlimdə iştirak üçün müraciət sayının çoxluğunu sevindirdirici hal kimi qiymətləndirib: "İlk 8 gün ərzində 300-dən çox məktəbli layihədə iştirak üçün qeydiyyatdan keçdi. "Barama Junior: Coding Kids IT Summer School” layihəsinə başlayan zaman bizim bir məqsədimiz var idi: gələcəyimiz olan uşaqlara faydalı olmaq. Ümid edirəm, bu məqsədimizə nail olduq”- deyən mərkəzin koordinatoru, aparılan seçimlər nəticəsində 25 məktəblinin proqramda iştirak etdiyini bildirib.

Tədbirdə təlimin iştirakçısı olan məktəblilər və valideynlər də layihə ilə bağlı öz təəssüratlarını bölüşüblər. Mərasimin sonunda məktəblilərə sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, "Coding Kids – IT Summer School” layihəsi məktəblilərə kompüter və telefonların oyun və əyləncədən əlavə, daha faydalı imkanlarını izah etmək, onların proqramlaşdırma sahəsinə olan marağını real və praktiki biliyə çevirmək üçün həyata keçirilib. 9-15 yaşlı məktəblilər üçün reallaşan layihə çərçivəsində iştirakçılara 4 həftə ərzində Python proqramlaşdırma dili, Raspberry Pi mikrokompüteri və HTML texnologiyası tədris edilib. Kursun sonunda məktəblilər əldə etdikləri bilikləri təcrübədə tətbiq edərək, saxsı bitkilər üçün avtomatik sulama cihazını hazırlayaraq proqramlaşdırıblar. İnteraktiv tədris metodları əsasında keçirilən dərslər "Coding Club Kids” şirkətinin Python və mobil app instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının proqramçısı Tural Əhmədov və "Coding Club Kids” şirkətinin veb-dizayn instruktoru, Bakı Mühəndislik Universitetinin İKT laboratoriyasının idarə heyətinin üzvü, araşdırmaçı və proqramçısı Tural Sadıqov tərəfindən aparılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol