• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” korporativ müştərilər üçün yeni imkanlar açır

“Nar” korporativ müştərilər üçün yeni imkanlar açır
29.05.2020 11:21
Hər zaman keyfiyyətli xidməti və sərfəli şərtləri ilə seçilən mobil operator Nar korporativ müştəriləri üçün yeni təkliflərini təqdim edir. Müştərilər sərfəli şərtlərlə, smartfon, 4G data modem və portativ internet daşıyıcısı əldə edə bilər.

Korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model smartfon əldə edə biləcək. Smartfonu əldə etmək üçün 1 Nar nömrəsinin korporativ tarifdə olması kifayətdir. Təqdim olunana smartfona 1 il müddətində zəmanət verilir.

Daim genişlənən 4G şəbəkəsi ilə "Nar” müştərilərinə hər zaman və hər yerdə yüksək keyfiyyətli internetdən istifadə etmək imkanı açır. İnternetdən daimi istifadə edən iş adamları "Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 GB mobil internetdən yararlana bilər.

"Nar”-ın portativ internet daşıyıcısı isə daimi ofisdən istifadə etməyən şirkətlər üçün cəlbedici təklifdir. Belə ki, "WTTx” cihazı ("Wireless To The x”, tərc.: X nöqtəsilə naqilsiz əlaqə) vasitəsilə eyni anda 32 cihaz "Nar” şəbəkəsinə qoşularaq internetdən istifadə edə bilər.

Qeyd olunan təkliflər həm yeni qoşulan, həm də mövcud korporativ müştərilər üçün nəzərdə tutulub. Təklifə qoşulmaq və həmçinin, əlavə məlumat almaq üçün "Nar” nömrələrindən 789 qısa nömrəsinə zəng edə və ya [email protected] elektron poçtuna yaza bilərsiniz.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Hazırda "Nar” şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. "P3 Communications” tərəfindən 2017-ci ildə keçirilmiş şəbəkə sınaqları nəticəsində Nar şəbəkəsi "ən yaxşı mobil zəng xidməti” göstərən şəbəkə olaraq tanınmışdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol