• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ən çox gecikən marşrutlar - Siyahı

Bakıda ən çox gecikən marşrutlar - Siyahı
01.10.2018 18:46
"Riyad” ticarət mərkəzinin qarşısından (Abşeron gənclər şəhərciyi) "20 Yanvar” metrosu istiqamətinə hərəkət edən 199 nömrəli avtobusun gecikməsi sakinlər arasında narazılıq yaradıb.

Axar.az xəbər verir ki, bu barədə tanınmış ilahiyyatçı Rəsul Mirhəşimli Feysbuk səhifəsində yazıb. O bildirib ki, sözügedən problem bundan əvvəl gündəmə gəlsə də, həllini tapmayıb:

"Bu problem barədə sentyabrın 28-də yazdım. Həmin gün səhər avtobus 27 dəqiqə gecikmişdi. BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, problemi müvafiq şöbə araşdırır, yaxın zamanda həll olunacaq. Amma heç nə dəyişmədi.

Bu gün səhər 199 saylı avtobus 36 dəqiqə gecikdi. Bununla bağlı Xaliq Faiqoğlu MMC-nin mətbuat katibi Nizam Rzayevlə danışdım. O da problemin çox ciddi olduğunu bildirdi.

Hər gün bu ərazidə yaşayan sərnişinlər işə gecikir, axşam pik saatlarında avtobusa minə bilmirlər. Çarəni 1 manatlıq taksilərlə və Sumqayıt avtobusları ilə getməklə tapırlar”.

Sözgedən problem paytaxtın müxtəlif istiqamətlərində hərəkət edən digər avtobuslarda da müşahidə olunur. Belə ki, sakinlər daha çox 3, 6, 8, 13, 17, 61, 202 nömrəli avtobusların gecikməsindən şikayətçidirlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol