• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda məhbusları aparan vaqonlarla bağlı - Yenilik

Azərbaycanda məhbusları aparan vaqonlarla bağlı - Yenilik
10.10.2018 12:15
Azərbaycanda məhbusları aparan xüsusi vaqonlar texniki nəzarət, kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz ediləcək.

Report-un əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyi bununla bağlı "Həbs edilmiş şəxslərin və məhkumların müşayiət edilməsi qaydaları haqqında Təlimat”da dəyişiklik edib.

Təlimatın 2-ci (Müşayiətetmənin əsasları) maddəsinə əsasən, məhbusların müşayiəti üçün sifarişlər müşayiət etmənin başlanmasına ən azı üç iş günü qalmış verilməli və Penitensiar xidmətin baş idarəsinə ünvanlanmalıdır. İndi isə bu müddət 3 gün deyil, 5 gün olacaq.

Təlimatın 3-cü (Müşayiətetmənin təşkili) maddəsinin 3.15-ci bəndi konkretləşdirilib: "Məhbusların mindirilməsi (düşürdülməsi) zamanı başlanğıc məntəqədə planlı qarovulun, hərəkət yolunda olan dəyişmə məntəqələrində isə qarşılanma qarovulunun tərkibindən xüsusi vaqonun girişinin əks tərəfində, xüsusi vaqonun işlək tamburunda, ondan səkkiz-on metr aralıda, hava və su gəmisinin giriş pilləkənində və başqa yerlərdə müvəqqəti postlar qurulacaq”.

Həmin maddənin 32-ci bəndi yeni redaksiyada verilib: "Xüsusi vaqonlar texniki nəzarət, kamera-müşahidə və siqnalizasiya sistemləri ilə təchiz olunmalıdır”.

Təlimatda edilən dəyişikliyə əsasən, əvvəllər məhkum olunmuş bələdçinin xüsusi vaqonlara təyin olunması qadağan edilib.

Belə ki, Təlimatın 33-cü bəndi də yeni redaksiyada verilib: "Daxili İşlər Nazirliyinin Baş əməliyyat statistik informasiya idarəsinə bələdçilərin məhkumluğu barədə sorğu edilir. Əvvəllər məhkum olunmuş bələdçinin xüsusi vaqonlara təyin olunmasından imtina barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə müraciət olunur”.

Bundan başqa, məhbuslara xüsusi avtomobildə və vaqonda tütün çəkmək qadağan edilib.

Təlimata əsasən, Xüsusi təhlükəli məhbusların, həmçinin qaçmağa meylli olanların şəxsi iş üzrə arayışlarının üzərində diaqonal üzrə qırmızı xətt çəkilməlidir. Dəyişikliklə həmçinin bir-biri ilə ziddiyətli münasibətdəolan məhbusların da şəxsi iş üzrə arayışlarının üzərində diaqonal üzrə qırmızı xətt çəkiləcək.

Qarovul rəisi şəxsi işə əlavə edilmiş arayışla gücləndirilmiş mühafizə tələb olunan şəxsləri müəyyən etməli, məhbusları ona təhvil verən əməkdaşdan onlar üzərində gücləndirilmiş mühafizənin səbəblərini, bir-biri ilə ziddiyətli münasibətdə olan şəxsləri dəqiqləşdirməlidir.

Təlimata edilən əlavə əsasən, məhkəmələrin binasında, dayanacaqlarda mühafizə xəttini keçmə cəhdinin qarşısını almaq məqsədi ilə xüsusi vasitələr tətbiq ediləcək.

Xatırladaq ki, 2017-ci il oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilən məhbuslar - Əli Ağami və Etibar Məmmədov oktyabrın 23-də Biləcəri stansiyasında qaçıblar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol