• $
  • €
  • ₽
  • ₺
  • £

Neft sürətlə ucuzlaşır: bizi nə gözləyir?

Neft sürətlə ucuzlaşır: bizi nə gözləyir?
29.11.2018 15:47
Son günlərdə dünya birjalarında neftin qiyməti ucuzlaşmaqdadır. Bu dəqiqələrə olan məzənnəyə görə WTI markalı neftin qiyməti 49,81 dollar, Brent markalı neftin qiyməti isə 58,37 dollardır. Azərbaycanın 2019-cu il dövlət büdcəsində isə neftin qiyməti 60 dollar götürülüb. Sabah Azərbaycanın "2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə üçüncü - yekun oxunuşda müzakirəyə çıxarılacaq.
 
Bəs neftin qiymətinin sürətlə aşağı düşməsi fonunda 2019-cu il dövlət büdcəsində neftin qiymətinə dəyişiklik ediləcəkmi?
 
Bu barədə Qaynarinfo-ya açıqlama verən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov neftin qiyməti ilə bağlı büdcədə heç bir dəyişikliyin gözlənilmədiyini bildirib:
 
"Necə ki, 60 dollar götürülüb, elə də olacaq. Mənə elə gəlir ki, elə optimal variant da budur və aşağı götürülməsinə ehtiyac yoxdur. İkincisi də biz büdcə sistemi haqqında qanuna dəyişiklik etmişik və neftin xərc hissəsini müəyyən qədər bu risklərdən qorumaq üçün həll yolları orada göstərilib. Bundan başqa Azərbaycanın kifayət qədər ehtiyatı var, lazım olanda o ehtiyatlardan istifadə oluna bilər. Düzdür neftin qiymətinin yüksək olması bizim üçün çox vacibdir. Oradan gələn gəlirlər neft fonduna yığılır, bu da strateji layihələrimizin həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir. 

Bir vaxtlar neftin qiyməti birjalarda müəyyən edilirdisə, indi siyasi kabinetlərdə müəyyənləşdirilir. Bu baxımdan neftin qiymətləri daha çox siyasi razılaşmalardan asılı olaraq dəyişir. Buna görə də əvvəlcədən proqnoz vermək çox çətindir. 1 ay öncə əgər qiymət 78 dollar idisə, indi 60 dollara düşüb. Hətta WTI nefti 60 dollardan da aşağıdır. Çalışmaq lazımdır ki, dövlətin gəlirləri ümumiyyətlə neftdən asılı olmasın, qeyri-neft sektorundan gələn gəlirlər artsın.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol