• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-da ahıl “Könüllülər”in də məzun günü keçirildi

Kapital Bank-da ahıl “Könüllülər”in də məzun günü keçirildi
29.05.2020 05:44
Xəbər verdiyimiz kimi, Kapital Bank yeni "Könüllülər” proqramına başlayıb. Layihə çərçivəsində gənclər Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələniblər. 

Ötən il, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə paytaxt filiallarında, həmçinin təqaüdçülər müştərilərə xidmət göstəriblər. 3 aylıq proqramda iştirak edən təqaüdçülər "Yaşa” Mərkəzinin üzvləri arasından seçilib. 

9 dekabr tarixində təqaüdçü "Könüllülər” üçün məzun günü keçirilib, iştirakçılara müvafiq sertifikatlar və hədiyyələr təqdim edilib. "Könüllülər” proqramında iştirak edən təqaüdçülər əsasən ahıl müştərilərə xidmət göstəriblər və onlara bank əməliyyatlarını həyata keçirməkdə köməklik ediblər. Layihəni keçirməkdə məqsəd, yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaq olub.

Qeyd edək ki, "Yaşa” Mərkəzi Kapital Bank-ın dəstəyi və "Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) fəaliyyət göstərir. Mərkəzin hazırda 300-dən artıq fəal üzvü var və hər layıhə üzrə 40-50 nəfər qoşularaq, təlimlərdə iştirak edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol