• $
  • €
  • ₽
  • ₺
  • £

Sellofan torbalar nə zamandan pullu olacaq? – RƏSMİ

Sellofan torbalar nə zamandan pullu olacaq? – RƏSMİ
11.01.2019 13:56
Sosial şəbəkələrdə yayılan məlumatlara görə  marketlərdə sellofan torbaların satışına başlanıb. Bir çox ölkələrdə bu addımın atılması ölkəmizdə də bir müddətdir ki, gündəmdə olan pullu sellofan mövzusunu aktual edib. Artıq sosial şəbəkələrdə bir neçə marketdə bununla bağlı xəbərdarlıqların vurulduğu və bu tipli torbaların satıldığına dair məlumatlar yayılıb.


Maraqlı məqam ondan ibarətdir ki, xeyli supermarketlərdə sellofanların ödənişli olduğu deyilsə də, mövzunu araşdırdığımız vaxt bu nüansla rastlaşmadıq. Alıcılar üçün əsas problematik məsələ sellofanların pullu olması yox, təklif olunacağı ehtimal edilən qiymətləridir. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlarda sahibkarların bu məhsul üçün 5-20 qəpik qiymət müəyyən etməsi göstərilir.


Modern.az saytı olaraq  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə əlaqə saxladıq.


O bildirib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə hazırda kompleks tədbirlər planı hazırlanaraq qərar verilməsi üçün aidiyyətı qurumlara təqdim edilib:

 
"Sosial şəbəkələrdə bir neçə marketdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlər yayılır. Bir çox ölkələrdə satış mərkəzləri könüllü şəkildə bu təşəbbüsə qoşularaq ictimaiyyəti bu tədbirlərdə iştiraka təşviq edirlər. Son illərdə əlverişli istifadə vasitəsi kimi gündəlik həyatımızda məhdudiyyətsiz istehlak olunan polietilen torbaların ətraf mühitə və canlı təbiətə mənfi təsirlərini nəzərə alaraq maraqlı tərəflərin bu tədbirlərə qoşulması təqdirəlayiq haldır. Nazirlik tərəfindən bir neçə müddətdir ki, polietilen torbaların marketlərdə pullu satışının tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri aparılır. Bəzi marketlərin bu çağırışa müsbət münasibəti sevindirici haldır və ictimaiyyətin bu tədbirlərə dəstək olacağına inanırıq”.


Nazirlik rəsmisinin sözlərinə görə, hazırda təkliflər planı hazırlayaraq qərar verilməsi üçün aidiyyatı qurumlara təqdim edilib.


"Təkliflər yalnız polietilen torbaların pullu olması ilə bağlı deyil, burda həmçinin plastik qablaşdırma materaillarından istifadənin məhdudlaşdırılması və onların əvəzində alternativ qablaşdırma materiallarından istifadə üçün münbit şəraitin yaradılması, bu sahədə ictimai savadlılğın və məlumatlılığın artırılması üçün də təkliflər verilib. Hazırda təkliflər paketi razılaşdırma mərhələsindədir. Qərar verildikdən sonra bu barədə ictimaiyyəti məlumatlandırılacaq”.

M. Nəbiyev qiymətlərin yüksək nəzərdə tutulması ilə bağlı məsələyə də şərh verib. O bildirib ki, nazirlik qiymətlərlə bağlı hər hansı bir təklif irəli sürməyib:


O ki qaldı qiymət məsələsinə, bunu biz müəyyən etmirik. Sadəcə polietilen torbaların pullu olması və bəzi növlərinin tamamilə qadağan olunması ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmişik. Qərar olanda yəqin ki, müvafiq qaydada qiymətləndirmə aparılıb lazımi məbləğlər müəyyənləşdiriləcək”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol