• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Energetika Nazirliyində olub

Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Energetika Nazirliyində olub
18.02.2019 16:36
Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində Bakıda səfərdə olan Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Böyük Britaniyanın Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə dəstəyi, BP-nin iştirakı ilə Cənub Qaz Dəhlizi üzrə əldə edilmiş nailiyyətlər, eləcə də bərpa olunan enerji sahəsində ikitərəfli əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb. 

Anews.az xəbər verir ki, Pərviz Şahbazov Baronessa Emma Nikolsonun Məşvərət Şurasının iclaslarında iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, Azərbaycanın mühüm tərəfdaşı kimi Böyük Britaniya ilə enerji sektorundan başqa, digər sahələrdə  də uzunmüddətli əməkdaşlıq üçün böyük potensial var. Qeyri-neft sektorunda çoxşaxəli əməkdaşlığı təmin edəcək prioritetlər Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının gündəliyinə daxil ediləcək.  
Söhbət zamanı regional və qlobal məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. 
 
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol