• $
  • €
  • ₽
  • ₺
  • £

Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib

Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib
29.05.2020 10:41
Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake, Transgaz və Romgaz şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Energetika Nazirliyində olub. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında artıq ikinci dəfə iştirak etdiyini deyən Lulian Robert Tudorake ölkəsinin layihəyə dəstəyini diqqətə çatdırıb. O, Cənub Qaz Dəhlizinin gələcəkdə Mərkəzi Avropaya qədər genişləndirilməsində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin mühüm rol oynayacağını bildirib. Lulian Robert Tudorake deyib ki, Rumıniya bu layihələrlə gələcəkdə Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqda maraqlıdır. 

Anews.az xəbər verir ki,  Energetika naziri Pərviz Şahbazov Rumıniyanın bu mövqeyini yüksək qiymətləndirib, Cənub Qaz Dəhlizinin gələcəkdə ötürücülük qabiliyyətinin artırılması hesabına genişlənmək perspektivlərindən danışıb. Nazir deyib ki, Azərbaycanın həyata keçirdiyi bu layihə dəhlizdir. Bu isə gələcəkdə istehsalçı, istehlakçı və tranzit ölkələrin şaxələnməsinə imkan yaradır. 

Söhbət zamanı Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin enerji sahəsində hər iki ölkənin maraqlarına xidmət edəcəyinə əminlik ifadə edilib.

Görüşdə həmçinin Rumıniya enerji şirkətlərinin SOCAR-la əməkdaşlıq imkanları da  müzakirə edilib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol