• $
  • €
  • ₽
  • ₺
  • £

Güzəştlər təkcə dollar kreditlərinə şamil edilməyəcək – Manatla borcu olanlara şad xəbər

Güzəştlər təkcə dollar kreditlərinə şamil edilməyəcək – Manatla borcu olanlara şad xəbər
28.02.2019 12:02
Ədalət Qəmbərov ile ilgili görsel sonucu"3 min dollarla 50 min dollar kredit olanlara eyni güzəşt tətbiq olunmayacaq”

Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlərin həllinə dair göstəriş verildiyini bildirib. Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb.

Hökumətdəki mənbə problemli kreditlərlə bağlı Modern.az-a bəzi detallar barədə danışıb: "Ölkə başçısının müvafiq göstərişinə əsasən, problemli kreditlər məsələsinin həlli istiqamətində hökumət üzvləri tərəfindən keçən ildən başlayaraq çox fəal iş aparılır və təkliflər paketi hazırlanıb. Bu məsələ ətrafında ciddi problemlər var. Elə adam var ki, bankdan 3 min dollar, eləsi də var ki, 50 min dollar kredit götürüb. Məhz kreditin məbləğinə uyğun olaraq vətəndaşa güzəştlər ediləcək”.

Hökumətdəki mənbə onu da deyib ki, güzəştlər təkcə dollarla olan kreditlərə şamil edilməyəcək: "Manatla götürülən kreditlərə də güzəştlərin tətbiq edilməsi gözlənilir. Yaxın günlərdə hamı bu məsələ ətrafındakı müsbət dəyişikliklərin şahidi olacaq”.    /bizimyol.info/

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol