• $
  • €
  • ₽
  • ₺
  • £

Problemli kreditlərlə bağlı kompensasiya ödənişinin vaxtı məlum oldu

Problemli kreditlərlə bağlı kompensasiya ödənişinin vaxtı məlum oldu
29.05.2020 08:34
Problemli kreditlərlə bağlı kompensasiyaların qaytarılması və kreditlərin restruktrizasiyası ilə bağlı mexanizm martın 15-də açıqlanacaq. Kompensasiyaların verilməsinə isə ən geci aprel ayının ortalarından başlanılacaq.

Oxu.Az xəbər verir ki, banklarda bu kreditlərlə bağlı xüsusi İşçi qrup işləyir və hər bir müştəri ilə bağlı məlumatların toplanılması sona çatmaq üzrədir.

İşçi qrupa bankın kredit, müştəri şikayəti üzrə mütəxəssisləri, İdarə Heyətinin üzvləri daxildir.

Hazırda banklar gərgin rejimdə çalışırlar və gün ərzində həm telefon zənglərinə, həm də banka gələn müştərilərə məlumat verilir.

Problemli kreditlərin çox olduğu banklarda bəzən mindən çox zəngə cavab vermək lazım gəlir, üstəlik, hər bir verilən sual rəsmiləşdirilərək, günün sonunda Maliyyə Bazarlarına Nəzarət Palatasına  göndərilir.

Qeyd edək ki, ölkə banklarının arasında problemli kreditlərin həcminə görə "Bank of Baku” ASC və "Unibank” ASC-də daha çox müştəri var. Ona görə də bu bankların şöbə və filialları "yüklənmiş iş rejimi”ndə çalışırlar. Xüsusən banklardan kredit tarixçələri ilə bağlı çıxarış alanların sayı çoxdur.   

İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, banklar tərəfindən bu proses elektronlaşdırılacaq və vətəndaşın adına kart açılacaq. Banklar hər bir müştəriyə zəng vuraraq ona bütün məlumatları çatdıracaqlar və növbəli qaydada kompensasiyalar ödəniləcək. Aprelin ikinci yarısıından sonra əlaqə saxlanılmadığı halda vətəndaşın banka müraciət etməsi məsləhət görülür.

V.Bayramovun sözlərinə görə, kredit götürənin əvəzinə borcu zamin ödəyibsə, ona fərdi yanaşma tətbiq ediləcək və kompensasiyanın ödənişindən onlar da yararlanacaqlar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol