• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı ilə “Fərqli fərdlər” Konqresi keçirilib

Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı ilə  “Fərqli fərdlər” Konqresi keçirilib
08.04.2019 17:17
Heydər Əliyev Mərkəzində "Fərqli fərdlər” adı altında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1-ci Konqres keçirilib. Konqres Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin dəstəyi, BP şirkəti və Azərbaycan Beynəlxalq Bankının baş tərəfdaşlığı ilə təşkil edilib.    
Belə bir konqresin keçirilməsində məqsəd cəmiyyətin diqqətini fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların inkişafı və tərbiyəsinə cəlb etmək, valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaqdan ibarətdir. 

Tədbir dörd panel üzrə keçirilib. Panellərdə autist spektrin pozulması, diqqət və hiperaktivlik çatışmazlığı sindromu, "Turetta” sindromu və Daun sindromu mövzuları müzakirə edilib.  

Konqresdə tanınmış xarici və yerli mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, valideynlər çıxış edib. Fiziki məhdudiyyətlərinə rəğmən təhsil və iş həyatında müəyyən uğurlar qazanmış insanlar öz həyat hekayələrindən danışıblar.  

Xüsusi inkişaf problemləri olan uşaqlar üçün öz "normotipik” həmyaşıdları ilə birlikdə təhsil almaq həyati əhəmiyyətə malikdir. Ölkəmizdə inklüziv təhsilin inkişafı üçün yeni imkanlar yaradılıb. "Fərqli fərdlər” Konqresi kimi tədbirlər isə xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinə diqqət, valideynlər və sahənin peşəkarları arasında təcrübə  mübadiləsinin aparılması baxımından faydalıdır. Azərbaycan Beynəlxalq Bankı da daxil olmaqla bu cür tədbirləri dəstəkləyən xeyriyyə və kommersiya təşkilatlarının sayının ildən-ilə artması da belə təşəbbüslərə olan ictimai ehtiyacın, ən mühümü onların səmərəliliyinin göstəricisidir. 

Bankın Marketinq departamentinin direktoru Nigar Tahirova deyib: "Müasir dövlət bankı olaraq Azərbaycan Beynəlxalq Bankı inklüziv cəmiyyətin inkişafına daim dəstək verir. İndiyə qədər bu istiqamətdə bir sıra maraqlı korporativ sosial məsuliyyət layihələrimiz olub. Belə layihələrimiz indi də davam edir. "Fərqli fərdlər” xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 1-ci Konqresdə iştirak da bu sosial missiyanın davamı oldu”.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol