• $
  • €
  • ₽
  • ₺
  • £

I rübdə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 548 müraciət daxil olub

I rübdə Energetika Nazirliyinin Çağrı Mərkəzinə  548 müraciət daxil olub
09.04.2019 10:30
2019-cu ilin I rübündə Energetika Nazirliyinin Çağrı Mərkəzinə 548 müraciət daxil olub. 

Anews.az xəbər verir ki, müraciətlər əsasən, elektrik enerjisi və qaz təchizatı məsələlərini əhatə edib. Bunların 153-ü enerji təchizatı, 200-ü qaz təchizatı, 9-u elektrik və qaz sayğaclarının quraşdırılması, 7-i istilik sisteminə qoşulma, 26-ı isə digər məsələlərlə bağlı olub. Daxil olan zənglərin 53-nü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür zəngləri təşkil edib.
 
Hesabat dövründə Çağrı Mərkəzinə Fövqəladə Hallar Nazirliyindən qaz sızması və dəm qazı ilə bağlı 100 zəng daxil olub ki, bu zənglər operativ şəkildə "Azəriqaz” İB-nin 104, 185 və 521-33-44 saylı qaynar xətt nömrələrinə ötürülərək yaranmış vəziyyətlə bağlı məlumat verilib. 

Cağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zəng və sorğular çevik şəkildə cavablandırılıb, araşdırma tələb edən şikayət və müraciətlər operativ şəkildə aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib və aparılmış araşdırmaların nəticələri barədə müraciət edən şəxslərə cavab verilib.
Qeyd edək ki, vətəndaşlar Energetika Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun məsələlərlə bağlı nazirliyin (012) 598-16-55 "Qaynar Xətt” nömrəsinə və "974” qısa nömrəsinə zəng edərək Çağrı Mərkəzinin xidmətlərindən istifadə edə bilərlər. 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol