• $
  • €
  • ₽
  • ₺
  • £

Büdcəyə xeyli miqdarda pul ödənilib - RƏQƏMLƏR

Büdcəyə xeyli miqdarda pul ödənilib - RƏQƏMLƏR
09.04.2019 12:34
"2018-ci il Azərbaycan üçün əlamətdar il olub. 2018-ci ildə Hesablama Palatası ilə bağlı yeni qanun qəbul edilib ki, bu qanun əsasında səlahiyyətlərimiz artmaqla yanaşı, büdcə vəsaitlərinin hesablanmasına yeniliklər gətirilib”.


Modern.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında Palatanın hesabatını təqdim edərkən deyib.

O, dövlət büdcəsinin icrası ilə bağlı hesabatların sayının artırılması ilə bağlı iki qayda qəbul olunduğunu bildirib.

Qeyd edib ki, ötən il Hesablama Palatası tərəfindən fəaliyyət hesabatda geniş şəkildə öz əksini tapıb:

"Hesabatda nəzarət fəaliyyətinin nəticələri, bu fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, hökumət və mühafizə orqanları ilə əməkdaşlıq və digər məlumatlar yer alıb”.

Palata sədrinin sözlərinə görə, 2018-ci ildə ümumilikdə 58 nəzarət, 53 audit tədbiri həyata keçirilib:

"109 qurumun fəaliyyəti ilə bağlı hesabat hazırlanıb. 10 təşkilatın maliyyə hesabatları ətraflı təhlil edilib. Mövcud nöqsanların müəyyən edilməsi ilə bağlı aparılan 53 audit tədbirində nöqsanlar aşkarlanıb. 2018-ci ildə 714 nöqsan qeydə alınıb. Auditlə aşkarlanan nöqsanlarda azalma müşahidə olunsa da, ümumilikdə bəzi nöqsanlar dəyişməz olaraq qalıb. Palata tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər də görülüb”.

V. Gülməmmədov qeyd edib ki, Hesablama Palatasının 2018-ci ildə İş planı üzrə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsait dövlət büdcəsinə ödənilib.

 

O bildirib ki, 472,4 min manat məbləğində vəsait qurumların hesablarına və 732,2 min manat məbləğində vəsait isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ödənilib.

 

Palata sədri vurğulayıb ki, əvvəlki illərdə aparılmış tədbirlərin nəticəsi olaraq 6 milyon 584,4 min manat və 1,3 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 172,5 min manat məbləğində vəsait isə DSMF-nin büdcəsinə ödənilib.

 

V.Gülməmmədov onu da qeyd edib ki, 2018-ci il üzrə 22 milyon 271,7 min manat, 52,2 min avro və 225,6 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsaitin bərpası təmin olunub. "DSMF büdcəsinə bərpa edilmiş vəsaitin cəmi məbləği 904,7 min manat təşkil edib. Ümumilikdə isə manat ifadəsində bərpa edilmiş vəsaitin məbləği 23 milyon 176 manat təşkil edib”.

Qurum rəhbəri vurğulayıb ki, hesabat ilində Nazirlər Kabinetinə təklif olunan təkliflər əsasında 21 təklif yenidən hökumətə təqdim olunub:

 

"Bu təkliflərin 60 faizi qəbul edilərək normativ sənədlərə əlavə edilib. Bir il müddətində korrupsiya ilə bağlı mübarizə istiqamətində müvafiq qurumlarla fəaliyyət təşkil olunub. Həmin tədbirlərin 4-ü inzibati, 5-i cinayət xarakterli olub. Vətəndaş müraciətlərinin sayı ötən il daha çox olub. 64 faizi nəzarət tədbirləri ilə bağlıdır. Vətəndaşların müraciət etdiyi 3 məsələ araşdırılıb və müvafiq addımlar atılıb”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol