• $
  • €
  • ₽
  • ₺
  • £

100-dən artıq "Unibank" müştərisi lotereyanın qalibi olub

100-dən artıq "Unibank" müştərisi lotereyanın qalibi olub
19.04.2019 11:38
Unibank kartı olan onlarla müştəri lotereyada pul uduşu qazanıb. Mərkəzi Bank tərəfindən 1 fevral 2019-cu il tarixindən başlayan "Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyada indiyədək 100-dən çox Unibank müştərisi pul uduşu əldə edib. Üç aylıq lotereyanın ikinci tirajının qalibləri də artıq açıqlanıb (https://uploads.cbar.az/assets/268fbc11556525457843c9092.pdf ). Aprel ayı ərzində kartla edilən ödənişləri əhatə edən 3-cü tirajın qalibləri isə mayın 15-də elan ediləcək. 

Lotereya rəqəmsal ödənişlərin stimullaşdırılması və nağdsız ödəniş vərdişlərinin formalaşdırılması məqsədilə keçirilir. Tiraj müddətində POS-terminalda minimum 5 AZN-lik nağdsız əməliyyat edən kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edirlər. Lotereyanın uduş məbləği 50 manatdır və bu məbləğ kart sahibinin bank hesabına "cashback” formasında qaytarılır. 

Unibank kartınız varsa, siz xaricə səyahət paketi də qazana bilərsiniz. "Bahar lotereyası”  çərçivəsində Unibank kartı ilə mayın 31-dək nağdsız ödənişlərinizin hər 10 manatı sizə Satoriniyə 1 həftəlik səyahət paketi, iPhone X mobil telefonu və 1000 AZN-dək müxtəlif pul uduşları qazandıra bilər. Lotereyanın yalnız pul uduş fondu 10 000 AZN-dir və lotereyada ümumilikdə 100 qalib olacaq.

Yeni Albalı Plus kredit kartı alan hər kəs avtomatik olaraq lotereyada 10 iştirak şansı əldə edir. 
Lotereyanın ilk tirajının qalibləri aprelin 23-də məlum olacaq.  

Lotereyada iştirak etmək üçün www.unibank.az saytında ( https://unbk.az/2JcbNLA) qeydiyyatdan keçmək tələb edilir.

Lotereyanın şərtləri ilə daha ətraflı bu linkdə (https://unbk.az/2HgDl0F) tanış ola bilər bilərsiniz.

Unibankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- hər kəsin bankı!


####

Unibank haqqında

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 26 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol