• $
  • €
  • ₽
  • ₺
  • £

MİDA “güzəştli mənzillər”in tikintisini “Kristal Abşeron”a həvalə etdi

MİDA “güzəştli mənzillər”in tikintisini “Kristal Abşeron”a həvalə etdi
01.05.2019 07:21

İnşaat sektorunda 16 illik  təcrübəsi və kefiyyət nümunəsi ilə müştərilərinin inamını qazanan "Kristal Abşeron” özəl layihələrlə yanaşı, dövlət sifarişi olan layihələri də uğurla icra edir. Növbəti dəfə isə şirkət Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA)  "güzəştli mənzillər”in tikintisi ilə bağlı tenderin qalibi olub. Yəni, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu "Kristal Abşeron” şirkəti reallaşdıracaq.    

Daha dəqiq desək, "Kristal Abşeron MTK” (www.kristalabsheron.az) investisiya qoyuluşu müqabilində "MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 binada (7-si 12 mərtəbəli, 5-i 9 mərtəbəli)  yerləşən mənzillərdən 189-u (16-sı 1 otaqlı, 60-ı 2 otaqlı, 86-sı isə 3 otaqlı, 27-si 4 otaqlı) MİDA-nın sərəncamına veriləcək və "Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq. Sözügedən 12 binanın tikintisi üçün "Kristal Abşeron” tərəfindən investisiya qoyuluşunun ümumi həcminin 40 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.

 "Kristal Abşeron” şirkətinin bu yatırımı həcminə görə MİDA tərəfindən indiyə qədər cəlb olunmuş ən böyük məbləğdir. Buna qədər Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində tikinti işlərinin aparılması üçün MİDA tərəfindən 3 investor cəlb olunmuş və nəzərdə tutulan 18 milyon manat investisiya vəsaitinin 11 milyon manat hissəsi reallaşdırılmışdır.

Xatırladaq ki, indiyə kimi "Kristal Abşeron” MTK Bakı, Sumqayıt və Xırdalan şəhərlərində bir-birindən gözəl layihələri uğurla icra edib. 2018-ci ilin may ayında isə podratçısı olduğu məcburi köçkünlər üçün nəzərdə tutulan "Qobu Park” yaşayış kompleksini istifadəyə verib. Yaşayış kompleksinin açılışında iştirak edən prezident İlham Əliyev "Kristal Abşeron” şirkətinin işini yüksək qiymətləndirib.   
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol