• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank filialları şənbə günü də müştərilərin xidmətində olacaq

Unibank filialları şənbə günü də müştərilərin xidmətində olacaq
24.05.2019 20:26

 
 "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  fərmanın operativ icrası ilə əlaqədar olaraq, Unibank filialları gücləndirilmiş iş rejimində fəaliyətini davam etdirir. Müştərilərin kompensasiyalarını rahat və sürətli şəkildə alması üçün bu şənbə (25 may tarixində) Unibankın Abşeron və Region filialları səhər saat 10.00-dan 14.00-dək işləyəcək.
 
Prezident fərmanının daha operativ icrası məqsədi ilə prosesin başladığı ilk gündən Unibankın bütün filial əməkdaşları kompensasiya ödənişini həyata keçirməyə yönləndirilib. Kompensasiya ödənişlərinin bütün filial əməkdaşları tərəfindən həyata keçirilməsi davam etdirilir.
 
İndiyədək Unibank müştərilərinin böyük əksəriyyəti kompensasiya ödənişlərini əldə edib. Qeyd edək ki, ödəniləcək kompensasiyanın həcmi və fərmanın əhatə etdiyi müştəri sayı baxımından Unibank ilk yerdədir.
 
Kompensasiya hesablanmış şəxslər siyahısında olan və indiyədək kompensasiya məbləğini götürməyən Unibank müştəriləri, şənbə günü saat 14.00-dək bank filialına yaxınlaşıb, ona hesablanan vəsaiti rahat şəkildə əldə edə bilər.
 
Unibank- hər kəsin bankı!
 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol