Energetika naziri “Mərkəzi Azəri” platformasında olub

Energetika naziri Pərviz Şahbazov "Mərkəzi Azəri” platformasına baş çəkib.
Energetika Nazirliyindən "Report”a verilən məlumata görə, nazir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və digər nümayəndələrin iştirakı ilə platformanın ərazisinə baxış keçirib, platformanın fəaliyyəti ilə tanış olub.
Q.Counz "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun cari vəziyyəti, "Mərkəzi Azəri” platformasında aparılmış profilaktik təmir işləri, platformada qurulmuş müasir texniki, təhlükəsizlik sistemi və planlaşdırılan yeni tədbirlər barədə məlumat verib.
Səfər zamanı həmçinin "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsi olan "Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində görüləcək işlər diqqətə çatdırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















