• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada gəlir vergisinin olmadığı və ən yüksək olduğu ölkələr – Siyahı

Dünyada gəlir vergisinin olmadığı və ən yüksək olduğu ölkələr – Siyahı
30.06.2019 13:39
Dünyanın bir çox ölkəsində dövlət büdcəsinə ödənilən vergilər arasında gəlir vergisi əhəmiyyətli yer tutur.
Əksər ölkələrdə gəlir vergisi dərəcələri fərqli olur. Bəzi ölkələr gəliri çox olanlara daha yüksək, gəliri az olanlara isı daha aşağı vergi dərəcələri tətbiq edir.
Bəzi ölkələrdı isə ümumiyyətlə gəlir vergisi tətbiq olunmur. "tradingeconomics.com” portalında yer alan məlumatlar göstərir ki,hazırda dünyada 10 ölkə vətəndaşlarından gəlir vergisi almır.
Vətəndaşından gəlir vergisi almayan ölkələr bunlardı:
1. Baham adaları
2. Bəhreyn
3. Bermud adaları
4. Bruney
5. Kayman adaları
6. Küveyt
7. Oman
8. Qətər
9. Səudiyyə Ərəbistanı
10. Birləşmiş Ərəb Əmirlikləri
Aşağıdakı 10 ölkə isə dünyada ən yüksək gəlir vergisinin olduğu ölkələr hesab olunur:
1. İsveç – 61,8 %
2. Çad – 60 %
3. Fil Dişi Sahili – 60 %
4. Aruba – 59 %
5. Yaponiya – 55,9 %
6. Danimarka – 55,8 %
7. Avstriya – 55 %
8. Belçika – 53,7 %
9. Hollandiya – 51,7 %
10. Finlandiya – 51,6 %
Məlumat üçün qeyd edək ki, Azərbaycanda da fərqli gəlir vergisi tətbiq olunur. Azərbaycanda muzdlu işdən əldə olunan aylıq 2500 manatadək gəlirlərdən 14%, daha yuxarı məbləğdən isə 25% vergi tutulur. Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin gəlirlərindən 20% vergi tutulur. Eyni zamanda qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan illik 30000 manatadək gəlirlərdən 14%, daha yuxarı məbləğdən isə 25% vergi tutulur. (Yeniavaz.com)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol