• $
  • €
  • ₽
  • ₺
  • £

Fazil Məmmədov “Atabank”ın “altını üstünə çevirdi”… – Şəxsən banka gələrək, bütün rəhbərliyi işdən qovub!

Fazil Məmmədov “Atabank”ın “altını üstünə çevirdi”… – Şəxsən banka gələrək, bütün rəhbərliyi işdən qovub!
26.07.2019 16:13
Yeni sədr nazirin qardaşı qızıdır.
 
Dəfələrlə qeyd etdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədova aid "AtaBank” ASC-nin istər maliyyə durumu, istərsə də idarəetməsi kritik həddə qədər pisləşib. Bununla bağlı bankda aparılan araşdırmalar situasiyanın ağır olduğunu təsdiqləyib və təcili dəyişikliklərin zəruri olduğunu üzə çıxarıb.


Lakin sabiq nazirin bankda vəziyyəti düzəldəcəyini vəd etsə də, buna heç cür nail ola bilmədiyi xəbər verilirdi. "AzPolitika.info”ya mötəbər mənbələrdən daxil olan yeni məlumata görə, Fazil Məmmədov, nəhayət, səhhətindəki ciddi problemlərə baxmayaraq, dünən şəxsən özü "AtaBank”ın baş ofisinə gedib, yerindəcə bankın İdarə Heyətinin sədri, öz bacısı oğlu Dəyanət Quliyevi, onun müavini Etibar Babaşlını və bankın Müşahidə Şurasının sədri Fərid Hüseynovu vəzifələrindən azad edərək, işdən qovub.
 
Lakin Fazil Məmmədovun yeni təyinatları da hamını təəccübləndirib. Belə ki, o, öz qardaşı qızı, 24 yaşlı bir xanımı Müşahidə Şurasına sədri, atasının Şamaxı Vergilər İdarəsinin rəisi işlədiyi bildirilən Samir adlı şəxsi isə İdarə heyətinin sədr əvəzi təyin edib. Eyni zamanda, filiallardan birinin müdiri də sədr müavini təyin olunub. Əvvəlki sədr müavinlərindən Rauf Hüseynov və Kamran Orucəliyev hələ ki vəzifələrində qalsalar da, onların da işdən azad olunacaqları gözlənilir. Hazırda bankda qeyri-müəyyənliyin hökm sürdüyü bildirilir.


Qeyd edək ki, eks-nazirə məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürdüyü, bankın ağır duruma düşdüyü, İdarə Heyətinin sədri Dəyanət Quliyevlə müavini Etibar Babaşlı arasında kəskin konfiliktin olduğu, bu səbəbdən bankda ciddi dəyişikliklərin olacağı barədə məlumatlar vermişdik. Son dəyişikliklər həmin məlumatları təsdiqləmiş oldu.


Ancaq mənbə hesab edir ki, eks nazirin bu addımları hansısa müsbət dəyişikliyə səbəb olmayacaq. Hazırda bankın rəhbərliyindəyüksək peşəkarlığı ilə seçilən, bankı inkişafa doğru aparacaq kadrların olmadığı bildirilir.


Fazil Məmmədovun şəxsən banka gələrək, kadr dəyişikliyi etməsi də bir mənalı qarşılanmır. Məlum idi ki, bank barədə kompleks araşdırmalar həyata keçirilib. Bunun nəticəsi olaraq, bankın vəziyyətinin düzəldilməsi eks nazirdən tələb olunub. Bu isə ağır xəstəliyinin olmasına baxmayaraq, Fazil Məmmədovu müəyyən qərarlar qəbul etmyə vadar edib.


Lakin hesab olunur ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və bankı ağır vəziyyətdən çıxarmağa kömək etməyəcək. Fazil Məmmədovun isə bu addımları ilə nəzarət orqanları qarşısında manevr edərək, vaxt qazandığı ehtimal olunur. Mütəxəssislərin fikrincə, bank yeni investor tərəfindən yenidən maliyyələşdirilməli və köklü kadr dəyişiklikləri aparılaraq, sağlamlaşdırılmalıdır.


"AtaBank”ın özündən isə toplantının və rəhbərlikdə dəyişiliklərin olduğunu FED.az-a təsdiqləyiblər. Lakin məsələ ilə bağlı geniş məlumat verilməyib.Bildirilib ki, bank tərəfindən ictimaiyyətə rəsmi açıqlama veriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol