• $
  • €
  • ₽
  • ₺
  • £

Bank kreditləriylə bağlı vacib dəyişiklik

Bank kreditləriylə bağlı vacib dəyişiklik
06.08.2019 15:10
Bir neçə gün öncə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

İclasda zaminliyin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. Belə ki, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır.

Nəzərdə tutulan dəyişikliklər bağlı Antikollektor” MMC-nin direktoru, bank üzrə mütəxəssis Əkrəm Həsənov Redaktor.az-a açıqlama verib.

O bildirib ki, hazırda çox əcaib və arzuolunmaz vəziyyət yaranıb. Ali Məhkəmə Konstitusiya Məhkəməsinin qərarını icra etmir, ona istədiyi kimi şərh verir:
"Konstitusiya Məhkəməsi haqqında Qanunun 63.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir. Heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli Qərarında (http://e-qanun.az/framework/39370) birmənalı olaraq nəzərdə tutulub:

"Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə görə isə zaminin razılığı olmadan onun təmin etdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına səbəb olduqda, zaminliyə xitam verilir”.

Ali Məhkəmə Konstitusiya Məhkəməsinin sözügedən qərarını icra etmir, onu istədiyi kimi şərh edir. Bu, misli görünməyən özbaşınalıqdır:

"Məsələn, bank borc alanla kredit xətti müqaviləsi bağlayıb. Kredit xətti müqaviləsində faiz dərəcəsi təsbit edilməyib. Eyni zamanda, bank zaminlə də həmin kredit xətti üzrə zaminlik müqaviləsi bağlayıb. Bundan sonra bank borc alanla konkret kreditlər üzrə kredit sazişləri bağlamağa başlayır və faiz dərəcəsini yalnız orada göstərir. Bu halda zaminin razılığı alınmırsa, zaminliyə xitam verilmiş hesab olunur. Bu, Konstitusiya Məhkəməsinin mövqeyidir. Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin bu yanaşmasını rəhbər tutaraq ötən ilin ikinci yarısından başlayaraq bu cür zaminlik müqavilələrinə xitam verməyə başlayıb. Lakin Ali Məhkəmə həmin qərarları ləğv edərək işləri yenidən apelyasiya məhkəməsinə qaytarır ki, zaminliyə xitam verilməli deyil. Bu, konstitusion böhrandır. Konstitusiya Məhkəməsinə həqarətdir və hüquqi dövlətə yaraşmayan haldır”.

Ə. Həsənov bildirib ki, Konstitusiya Məhkəməsi bu vəziyyətin qarşısını almaq üçün qəti qərar verməlidir:

Vəziyyətdən çıxış yolu kimi Bakı Apellyasiya Məhkəməsi də öz növbəsində Ali Məhkəmə ilə razılaşmayaraq, mübahisəni yenidən Konstitusiya Məhkəməsi səviyyəsinə çıxarıb. Konstitusiya Məhkəməsi ya mövqeyini təsdiq edərək Ali Məhkəməyə yerini göstərməlidir, ya da mövqeyini dəyişərək gələcək qərarlarına da belə hörmətsiz yanaşmanın təməlini qoymalıdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol