• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov Paşinyanın Qarabağla bağlı bəyanatını tənqid etdi - VİDEO

Lavrov Paşinyanın Qarabağla bağlı bəyanatını tənqid etdi - VİDEO
29.05.2020 06:27
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Valday” beynəlxalq diskussiya klubunun iclasında Dağlıq Qarabağ münaqişəsindən söz açıb.
S.Lavrov bildirib ki, son dövrlər təmas xəttində sakitlikdir və insidentlər azalıb.
Rusiya XİN başçısı qeyd edib ki, həlak olanların meyitləri mübadilə olunub.

"Hazırda saxlanılan şəxslərin də mübadiləsi üçün hazırlıq gedir. Çox az sayda olsa da, bu prosesə start verilib”, - deyə S.Lavrov əlavə edib.
Bölgədə vəziyyətin sakit olduğunu vurğulayan S.Lavrov onu da bildirib ki, buna baxmayaraq, siyasi proses dayanıb.
"Bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb. Amma mən bu halda iri əməliyyatların başlaması üçün hər hansı bir aşkar və ya qeyri-aşkar təhdid görmürəm”.
O qeyd edib ki, Rusiya Qarabağ cəbhəsində sabitliyin pozulmaması üçün Rusiya əlindən gələni edəcək.
S.Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) yaxından izlədiyini  də qeyd edib.
S.Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır” bəyanatını da tənqid edib:
"Albaniyanın Baş naziri "Kosova Albaniyadır” elan etməsi kimi, "Qarabağ da Ermənistandır” demək siyasi prosesin yenidən başlaması üçün şəraitin yaradılmasına kömək etmir. Amma biz həmsədrlər sülh üzərində işləyirik. Biz istəyirik ki, dəfələrlə müzakirə olunan əsas prinsiplər əsasında həll yolunu tapaq”.
 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol