• $
  • €
  • ₽
  • ₺
  • £

Cahangir Əsgərova da bəd xəbər – AZAL-la bağlı ilginc gəlişmə...

Cahangir Əsgərova da bəd xəbər – AZAL-la bağlı ilginc gəlişmə...
24.10.2019 23:47


Azərbaycanda həyata keçirilən kadr və struktur islahatları çərçivəsində bir sıra iri dövlət şirkətlərinin də özəlləşdirilməsi mümkündür, bu barədə Qaynarinfo-ya adının çəkilməsini istəməyən mənbə bildirib. 
 
Mənbənin sözlərinə görə, ölkə başçısının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında dünənki fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin ləğv edilərək səlahiyyətlərinin sözügedən nazirliyə verilməsinin bir səbəbi də bu ola bilər. 
 
Özəlləşdiriləcək iri dövlət şirkətlərinin ön sırasında"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) gəldiyini deyən mənbəmiz, bu istiqamətdə təkliflərin hətta hökumətə yaxın iqtisadçı ekspertlər və deputatlar tərəfindən uzun müddətdir səsləndirildiyini xatırladıb. 
 
"Düzdür, bir neçə il əvvəl sözügedən təklif  yenidən gündəmə gələndə maliyyə naziri Samir Şərifov açıq mətnlə demişdi ki, AZAL-ın özəlləşdirilməyə çıxarılması, özəl hava şirkətlərinin yaradılması o qədər də uğurlu variant deyil. Lakin bu da faktdır ki, AZAL hazırda borc bataqlığındadır, həmin məbləğin artıq 1 milyard manata yaxınlaşdığı deyilir. Bir sözlə, bu QSC dövlət xəzinəsi üzərində ciddi yükə çevrilib, onu hazırkı vəziyyətdən ancaq özəlləşdirilməsi çıxara bilər.  Hətta 2015-ci ilin sentyabrında hökumət "Azərbaycan Hava Yolları”nın borclarının əhəmiyyətli hissəsini silsə, bu da azmış kimi, ora müxtəlif dövlət investisiyaları, subsidiyalar və başqa güzəştlər yönləndirsə də, AZAL-ın borcu hər il on milyonlarla manat artmaqdadır. Bu vəziyyət nə qədər davam edə bilər? Sözügedən şirkətin dövlət üzərində yükünün ilbəil ağırlaşmasına haracan yol vermək mümkündür? Artıq hər kəs aydın görür ki, problemin həlli AZAL-ın özəlləşdirilməsindən keçir" – deyən mənbəmiz əlavə edib ki, digər tərəfdən, bu QSC-nin inhisarçı şirkət olması Azərbaycanda təyyarə biletlərinin baha olmasını şərtləndirən ən mühüm amillərdən biridir. Nəticədə həm vətəndaşlarda ciddi narazılıq yaranır, həm də ölkənin xarici turistlər üçün cəlbediciliyi kəskin azalır. Bütün deyilənləri nəzərə aldıqda aydın görünür ki, adıçəkilən dövlət şirkətinin özəlləşdirilməsi müsbət addım olardı".  
 
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC-nin sədri Cahangir Əsgərovdur. O, AZAL-a 23 ildir ki, rəhbərlik edir. Gələn il 70 yaşı tamam olacaq Əsgərov artıq yaşlı kadrlar siyahısındadır. 
 
Onun da elə bu səbəbdən son vaxtlar təqaüdə göndərilən məmurlar siyahısına qoşulub-qoşulmayacağını zaman göstərəcək... 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol