• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank 2019-cu ilin 3-cü rübünü mənfəətlə başa vurub

Unibank 2019-cu ilin 3-cü rübünü mənfəətlə başa vurub
28.05.2020 22:49

"Unibank” KB ASC 2019-cu ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2019-cu il tarixə bankın əldə etdiyi mənfəət 66,8 milyon manat təşkil edib. Bu ilin 9 ayının nəticələrinə görə, "Unibank"ın  cəmi əməliyyat gəlirləri 46 milyon manat olub.

İlin əvvəlindən bu yana bankın aktivlərinın həcmində 93 milyon manat- 13% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 789 milyon manat təşkil edib. 9 ay ərzində məcmu kapitalın həcmi də çoxalıb. Məcmu kapitalın həcmi 30% artaraq 82, 3 milyon manata çatıb.
Hesabat dövrünə "Unibank”da əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb. 2019-ci ilin 3-cü rübündə də bankda aktiv kreditləşmə müşahidə olunub. İlin ilk 9 ayının nəticələrinə görə, ümumi kredit portfeli 25 milyon manat, yəni 5%-dək artıb. Bununla da ümumi kredit portfeli 492,9 milyon manat olub. Bank tərəfindən real sektorun kreditləşdirilməsində də artım var. Artım həm kiçik, orta sahibkarlığın maliyyələşdirilməsi, həm də mikrokreditləşmə üzrə baş verib.

Ölkə bankçılıq tarixində ilk dəfə olaraq biznes kreditlərinin onlayn verilməsini həyata keçirən Unibank, kreditin dəqiqələr ərzində və banka gəlmədən əldə edilməsini təmin etməklə, sahibkarlara dəstəyini bir qədər də artırıb. Təkcə onlayn formada ayrılan kreditlərin sayı son 1 il ərzində 100-ü keçib. Yaxın aylar ərzində Unibank real sektorun kreditləşməsinin xeyli  hissəsini onlayn formada həyata keçirməyi planlaşdırır.

"Unibank”ın depozit portfeli də 9 ay ərzində böyüyüb. 30 sentyabr 2019-cu il tarixinə müddətli əmanətlər üzrə depozit portfelinin artımı 17%-i ötüb. Həmin tarixə depozit portfelinin həcmi 340 milyon manata çatıb.

Unibank ölkədə nağdsız ödənişlərin tətbiqində ən aktiv banklar sırasında qalmaqda davam edir. 2019-cu ilin əvvəlindən 30 sentyabr tarixinədək təkcə debet kartların sayında 21%  artım qeydə alınıb.

Sosial layihələr bu il ərzində də "Unibank”ın diqqət mərkəzində olub. Bank 2020-ci ilədək Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. İndiyədək Yay Paralimpiya Oyunlarında ölkəmizə iştirak hüququ qazandıran dörd lisenziyadan ikisi məhz "Unibank”ın dəstək verdiyi paralimpiya komandası tərəfindən qazanılıb.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 27 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 
Unibank- hər kəsin bankı!

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol