• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərovun biznesi ilə bağlı yeni məlumat - 2 böyük layihəni dayandırdı

Kəmaləddin Heydərovun biznesi ilə bağlı yeni məlumat - 2 böyük layihəni dayandırdı
29.05.2020 04:50
"Kəmaləddin Heydərovla bağlı nələrsə baş verir. Fövqəladə Hallar naziri haqqında son vaxtlar yayılan məlumatlar onun fövqəlgücünün sarsıldığı barədə danışmağa ciddi əsaslar verir. Məsələn, ötən həftə Heydərova məxsus məşhur holdinqin cərimələnməsi xəbəri yayıldı. Eləcə də ona bağlı Benkons Group-un Bosniyada tikdiyi 30 milyon avroluq layihəsini başa çatdıra bilməməsi və maliyyə sıxıntıları ilə üzləşməsini diqqətinizə çatdırmışdım. Gilan Holdinq və Benkons Group bu məlumatlara hələ reaksiya verməyib”.


Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.


C.Həsənli bildirib ki, nazirə məxsus Benkons Group Tatarıstandakı iki böyük layihəsini dayandırıb: "Söhbət Kazanka çayı sahilində 20 milyon dollar investisiya dəyərində 13 ofislik biznes mərkəzi və 252 yerlik 4 ulduzlu oteldən ibarət kompleksin tikintisindən gedir. Nazirin şirkəti eyni zamanda Tatarıstanın Laişevski rayonunda 4 milyard rubl (65 milyon dollar) investisiya dəyəri olan şirə zavodunun və logistika mərkəzinin tikintisindən də müəmmalı şəkildə imtina edib. İldə 50 min ton istehsal gücünə malik zavodda 250 nəfərin işlə təmin olunması nəzərdə tutulurdu. Heydərovun şirkəti kompleks üçün nəzərdə tutulmuş 2 hektarlıq ərazini yarımçıq tikili qarışıq Rusiyanın UD Group-una bu yaxınlarda satıb. Zavod üçün alınmış 75 hektar və logistika nəzərdə tutulmuş 12 hektar ərazi də hazırda satışa çıxarılıb”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol