• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailələri və müharibə əlillərinə mənzil verildi

Şəhid ailələri və müharibə əlillərinə  mənzil verildi
26.11.2019 15:50
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış daha 100 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edildi.

Publika.az xəbər verir ki, mənzillərin sənədlərinin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara aid vətəndaşlara qayğının artırılması sahəsində aparılan işləri qeyd edib.

O, şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin mənzillə təminatı proqramının ildən-ilə gücləndiyini vurğulayıb.
 

Nazir müavini diqqətə çatdırıb ki, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub. Onlardan artıq 486 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi də təmin ediləcəkdir.

A.Əliyev bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7140 mənzil və fərdi evin verildiyini, qarşıdakı dövrdə də bu istiqamətdə tədbirlərin davam edəcəyini bildirib.

O, eyni zamanda, 2018-ci ildə 265 müharibə əlilinə nazirlik tərəfindən avtomobil verildiyini, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan bu il artıq 427 avtomobilin təqdim edildiyini deyib.

Nazir müavini indiyədək 6400-dək minik avtomobilinin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşlara verildiyini qeyd edib. O, həmçinin cari ildə reallaşdırılan sosial paketlərin tərkib hissəsi kimi, şəhid ailələrinə, müharibə əlillərinə yönələn sosial ödənişlərin də əhəmiyyətli şəkildə artırıldığını bildirib.

Yeni mənzillərlə təmin olunan vətəndaşlar aparılan güclü sosial siyasətdən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına və hazırda müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol