Nazirlərin qəbuluna onlayn yazıla biləcəyik

E-xidmətlərin elektronlaşma səviyyəsi, çeşidi və keyfiyyəti daha da yüksələcək.“Elektron hökumət” portalında yeni xidmət növləri və funksiyalar yaradılır.APA-Economics xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, hazırda qurumun Məlumat Hesablama Mərkəzi portalda rəsmi yazışmalar, dövlət qurumlarının vəzifəli şəxslərinin qəbuluna onlayn yazılmaq, şikayət və ərizələrin göndərilməsi və izlənilməsi, şəxsi kabinet kimi və s. yeni xidmət növləri və funksiyalar yaratmağı nəzərdə tutur.Qeyd edək ki, görülən işlər və dövlət qurumlarının informasiya ehtiyatlarının portala inteqrasiyası başa çatdıqdan sonra göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi, çeşidi və keyfiyyəti daha da yüksələcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















