• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiyalarla bağlı ŞAD XƏBƏR - 190 milyon manat ayrıldı

Pensiyalarla bağlı ŞAD XƏBƏR - 190 milyon manat ayrıldı
29.05.2020 07:49
"Ötən gün 2020-ci ilin yanvar ayı üzrə pensiyaların ödənilməsinin Xəzinədarlıq orqanları tərəfindən gecikdirilməsi ilə bağlı yayılan fikirlərin heç bir əsası yoxdur. Bir qayda olaraq, Xəzinədarlıq orqanları tərəfindən ilk növbədə pensiya, müavinət, təqaüd və digər bu tipli sosial xərclərin maliyyələşdirilməsinin icrası tam və vaxtında təmin olunur”.
Bunu "Report"un sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.
O qeyd edib ki, cari ilin yanvarın 10-da dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna pensiyaların maliyyələşdirilməsi üçün 190,4 mln manat transfert ayrılıb.
"Yanvarın 14-də isə Fondun sifarişlərinə əsasən dövlət büdcəsindən ayrılmış transfert və ilin əvvəlinə DSMF-nin qalıq vəsaiti hesabına (98,6 mln manat) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi təmin edilib. Dünən, yanvarın 15-də isə DSMF-nin respublikanın digər şəhər və rayonları üzrə şöbələrinin hesablarına 128,5 mln manat vəsait köçürülüb və bu gün, gün ərzində pensiyaçıların kart hesablarına ödənilməsi tam təmin ediləcəkdir. Beləliklə, pensiyaların maliyyələşdirilməsində heç bir halda gecikmədən söhbət gedə bilməz, əksinə, respublikanın bütün şəhər və rayonları üzrə pensiyaların ödənişi ötən ilkindən 2 gün daha tez olmaqla maliyyələşdirilməsi həyata keçirilib”, - nazirlik rəsmisi bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol