• $
  • €
  • ₽
  • ₺
  • £

Bu vəzifədə işləyənlər maaşdan əlavə 6000 manat alacaq - SİYAHI

Bu vəzifədə işləyənlər maaşdan əlavə 6000 manat alacaq - SİYAHI
29.05.2020 04:51
"İcbari tibbi sığorta sistemində 2A kateqoriyasına daxil edilən xəstəxanaların baş həkimi (direktor) 6000 manat məbləğində maaş əlavəsi alacaq. 2B kateqoriyasında olan xəstəxanaların baş həkimi isə 6000 manatın 70 faizi həcmində əməkhaqqı əlavəsi alacaq”.

Anews.az xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında İcbari Tibbi Sığorta Agentliyinin büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin koordinatoru Nəsimi Nuriyev deyib. O bildirib ki, xəstəxanalarda iki direktor müavini vəzifəsi nəzərdə tutulub: "Onların maaşı baş həkimin maaşına bağlıdır. A kateqoriyasında olan xəstəxananın direktor müavinləri baş həkimin əlavəsinin 50 faizi məbləğində, yəni 3000 manat əlavə alacaq. Eynilə A kateqoriyasında olan xəstəxananın şöbə müdiri 1500, şöbə müdirinin müavini 1125, digər qeyri- tibb işçisi isə 450 manat maaş əlavəsi alacaq. 


Bu ayın sonundan etibarən birinci mərhələdə pilot layihələr tətbiq edilən regionlarda xəstəxanalarının müvafiq şəxslərinin əməkhaqlarına kateqoriyalara əsasən, müvafiq əlavələr həyata keçiriləcək”.
Onun sözlərinə görə, icbari tibbi sığorta mexanizmində qiymətləndirmə meyarlarına, topladığı ballara görə xəstəxanalar 3 qrupa bölünüb:


"Məsələn, Bakı şəhərində Neftçilər xəstəxanasının etdiyi əməliyyat Xaçmazda yerləşən xəstəxanada icra olunmur. Ona görə də Agentlik oranın direktorunun maaş əlavəsi ilə Bakıdakı Neftçilər xəstəxanasının direktoruna eyni əməkhaqqı əlavəsini verə bilməz. Bu, ədalət prinsipinin qorunmaması demək olardı. Ona görə də biz kateqoriyalar sistemini yaratdıq. Bu meyarlar sisteminə görə faiz dərəcələri müəyyən olundu. Faiz dərəcələrinin işlənilməsində həm agentliyin, həm TƏBİB- in mütəxəssisləri ictimaiyyətdən ekspertlər iştirak etdilər. Bu layihə davamlı layihə olacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol