• $
  • €
  • ₽
  • ₺
  • £

Raffle Tower- MDB ölkələri arasında ilk 5 ulduz premium layihə öz ecazkarlığı ilə zövqləri oxşayır

Raffle Tower- MDB ölkələri arasında ilk 5 ulduz premium layihə öz ecazkarlığı ilə zövqləri oxşayır
29.05.2020 11:08

 
Raffle Tower Azərbaycanda bir ilk olan 5 ulduz premium yaşayış layihəsini ictimaiyyətə təqdim edir.  Layihənin modern üslublu arxitekturasının müəllifi mühəndis dizaynı sahəsində ixtisaslaşmış və dünyanın 175-dən çox ölkəsində gözəl təsir bağışlayan silsilə layihələr həyata keçirən Böyük Britaniyanın  "Atkins" şirkətidir.

XXl əsrin gündəlik tələbatlarına uyğun olaraq layihələndirilmiş bu premium yaşayış kompleksi dəniz səviyyəsindən 30 metr hündürlükdə, 20 mərtəbəli yaşayış kvartallarından ibarət və tikili sıxlığı aşağı olan Bakı Ağ Şəhərin Park rayonunda Mərkəzi Bulvar küçəsinin üzərində yerləşir. Dənizə açılan möhtəşəm mənzərə ilə xəyallarınızdakı ecazkarlığı reallığa çevirə biləcəksiniz.

Ağ Şəhərin ab-havası Raffle Tower kompleksinin yüksək keyfiyyətli sürətli liftləri,geniş qəbul lobbisi,reseption xidməti, konsyerj xidməti ilə mükəmməl vəhdət təşkil edir. Bundan əlavə kompleksdə mənzil təmizlik xidməti, 24 saat otaq servisi, açıq və qapalı hovuz , fitnes və SPA xidmətləri, müxtəlif mətbəxli restoranlar, konfrans otaqları, camaşırxana, bağça və dayə xidməti də mövcuddur. 3300m-lik iki qapalı park sahəsi, iki mərtəbəli yeraltı avtomobil dayanacağı, sürücülər üçün gözləmə otağı,  avtoyuma xidməti, müxtəlif mağazalar, investorlar üçün zəmanətli kirayə, 24 saat fasiləsiz mühafizə sistemi ilə özünüzü tam rahat və güvəndə hiss edəcəksiniz. Raffle Tower layihəsinin əvəzolunmazı "Smart Building”- ağıllı bina sistemi də kompleksdə yaşayan insanların komfortu üçün yaradılmış üstünlüklərdəndir.
 
Azərbaycanda ilk dəfə olaraq 5 ulduzlu Raffle Tower yaşayış kompleksində sakinlərin heç bir əlavə vasitə olmadan binaya daxil ola bilmələri üçün quraşdırılan üz tanıma sistemi rahatlığın zəmanətidir.

 Nəzərinizə çatdıraq ki, Raffle Tower Azərbaycanda yaradılan ilk 5 ulduzlu klass layihə olmaqla yanaşı, MDB ölkələri arasında da ilk 5 ulduzlu Premium konsepsiyadır.

Qeyd etmək lazımdır ki, sözü gedən yaşayış kompleksinin tikintisinə 2019-cu ilin iyul ayında başlanılıb. Möhtəşəmliyi, premium rahatlığı və digər üstünlükləri özündə cəmləşdirən 5 ulduzlu Raffle Tower kompleksi  2021-ci ilin dekabrında sakinlərə təhvil veriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol