• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank biznes sahiblərinə ölkə bank sektorunda ilk olan daha bir xidmət təklif edir

Unibank biznes sahiblərinə ölkə bank sektorunda ilk olan daha bir xidmət təklif edir
29.05.2020 04:48
Unibank biznes müştəriləri üçün daha bir xidmət təklif edir. "Unibank”da kredit xətti olan müştərilər, uzunmüddətli kredit xətlərindən banka gəlmədən istifadə edə biləcəklər. Bunun üçün sadəcə internet banking-lə müraciət etmək kifayətdir.  Kredit dəqiqələr ərzində sahibkarın hesabına oturur.   
 
"Unibank” KB-nın  Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov, ölkə bank sektorunda ilk olan bu xidmətin biznesin işini daha da asanlaşdırmaq məqsədi daşıdığını bildirib: "Biznes sahibləri üçün hər dəqiqə qiymətlidir.
 
Yeni xidmət sahibkarlara və hüquqi şəxslərə kredit xətlərindən bankın filiallarına gəlmədən, çox qısa zamanda istifadə imkanı yaradır. Sadəcə internet bankinq-lə müraciət edilir, Asan İmza vasitəsilə imza atılır və cəmi 5 dəqiqə ərzində vəsait müştərinin cari hesabına köçürülür. Sahibkar hətta ölkə xaricində olanda da, elektron müraciət etməklə, kredit xəttindən istifadə edə biləcək. Yeni xidmət həm sahibkarın banka gələrək zaman itirməsinin qarşısını alır, həm lazım olan anda maliyyə vəsaitinə çıxışı təmin olunur, həm də sənədləşmə işləri avtomatlaşdırıldığından hər dəfə sənədlərə imza atmağa ehtiyac qalmır”.
 
Qeyd edək ki, Unibank korporativ müştərilərinə onlayn kredit xidmətini də göstərməkdə davam edir. 6 aydan çox "Unibank”la əməkdaşlıq edən hər bir müştəri üçün müəyyən kredit limiti hesablanır. Bu limitin miqdarı bir çox amillərə - hesabdakı dövriyyəyə, əmək haqqı layihəsindəki işə, ekvayrinq üzrə əməkdaşlığa, kredit tarixçəsinə və s. bağlıdır.
 
Müştəri özünə aid olan məbləği öz İnternet Banking-də ayrıca bir sütunda görür və istənilən vaxt o məbləğdən istifadə edə bilir. Bunu etmək üçün o sadəcə müraciət göndərir, Asan İmza vasitəsilə müqavilələri imzalayır və bank kreditin verilməsini təsdiq etdikdən sonra, müştəri cari hesabına pulu qəbul edir. Bütün proses orta hesabla 15-20 dəqiqə çəkir. Ötən müddət ərzində 100-lərlə sahibkar "Unibank”ın onlayn kredit məhsulundan istifadə edib.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients  əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol