Azərbaycanda bu bankda kütləvi ixtisar: 50-dən çox adam işdən çıxarıldı

2010-cu ildə təsis edilmiş Bank "BTB” ASC-nin iki filialı bağlanıb.
Unikal.org-un məlumatına görə, bankın "Premium” və "Ticarət” filialı müəmmalı səbəblərdən bağlanmalı olub.
Hazırda ASC-nin "Ticarət” filialı "Muğanbank”a satılıb. "Premium” filialının səhmləri isə baş ofisə köçüb. Bank filiallarının bağlanmasını rəsmən elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub.
Hələlik bank rəhbərliyi bu barədə müştərilərinə rəsmi məlumat vermir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















