• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından özünüməşğulluğa dəstək

Azərbaycan Beynəlxalq Bankından özünüməşğulluğa dəstək
29.05.2020 01:08
Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramına qoşulub. Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə bu proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda iştiraka başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Bank özünün Sahibkarlar Klubu xəttilə 50-dək aztəminatlı ailəyə kiçik biznes qurmaqda dəstək verəcək. Həmin ailələri isə Dövlət Məşğulluq Xidməti müəyyən edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində də Azərbaycan Beynəlxalq Bankı həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində tədbirlər həyata keçirir. Bank artıq 3 aztəminatlı ailəyə kiçik sahibkarlıq müəssisəsi qurmaqdan ötrü lazımi avadanlıqların alınması üzrə sənədlər təqdim edib. Onlar karantin dövrü başa çatandan sonra fəaliyyətə başlayacaqlar. Belə ki, Bakının Nərimanov rayonu ərazisində yaşayan Etibar Vəliyev adlı vətəndaşa avtomobil şinlərinin təmiri ilə məşğul olmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankı lazımi avadanlıq alır. Daha bir vətəndaşımız Sabir Əliyev isə Bankın təqdim etdiyi avadanlıqla un məmulatları istehsal edərək özünün və ailə üzvlərinin məşğulluğunu təmin edə biləcək. Bank Sabunçu rayonunda yaşayan Müqabil Allahyarova da ailəsi ilə birgə broyler inkubatoru  biznesi ilə məşğul olmaqdan ötrü lazımi avadanlıq təqdim edir. Bankın öz işini qurmaqda kömək göstərdiyi vətəndaşlardan iki nəfərinin fiziki məhdudiyyətli, digərinin məcburi köçkün olması bu layihənin sosial dəyərini daha da artırır.

Azərbaycan Beynəlxalq Bankının korporativ istiqamət üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib:"Ölkənin ən böyük bankı kimi biz iri, orta və kiçik bizneslərlə yanaşı, ailə biznesinə də dəstək veririk. Özünüməşğulluq proqramı üzrə yerinə yetirdiyimiz layihələr, həssas əhali qruplarının, aztəminatlı ailələrin məşğulluq məsələlərinin həlli ilə yanaşı, biznesin inkişafına da əlverişli mühit yaradır. Sahibkarlar Klubumuz da özünəməşğulluq proqramı çərçivəsində öz işini quran kiçik sahibkarlara mümkün köməyi göstərməyə hazırdır”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol