• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından səyyar bankomatlar layihəsi

Azərbaycan Beynəlxalq Bankından  səyyar bankomatlar layihəsi
29.05.2020 06:43
Azərbaycan Beynəlxalq Bankı xüsusilə pensiyalar verilən vaxtlar bankomatlar qarşısında növbələrin yaranmaması üçün əhali sıxlığının böyük olduğu ərazilərə səyyar bankomatların göndərilməsinə başlayıb. Pensiyaçılar öz pensiyalarını Azərbaycan Beynəlxalq Bankının bankomatları ilə yanaşı, ölkəmizdəki bütün bankların bankomatlarından da komissiyasız nağdlaşdıra bilərlər.

Pensiyaya yeni çıxmış insanların öz pensiya kartlarını almaqdan ötrü karantin rejimi dövründə banka gəlmək ehtiyacını aradan qaldırmaqdan ötrü Azərbaycan Beynəlxalq Bankı "Böyüklərə hörmətlə” təşəbbüsü çərçivəsində pensiya kartlarının evdə çatdırılması xidmətinin tətbiqinə də başlayıb.

Pensiyaçılar buradan onlayn sifariş etməklə hazır pensiya kartlarını yaşadıqları ünvanda əldə edə bilərlər. Kartın ünvana çatdırılmasına görə heç bir xidmət haqqı tələb olunmur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı müddəti martda tamamlanmış pensiya kartlarının istifadə vaxtını da apreldən başlayaraq daha üç ay uzadıb.
 
Kart sahibləri növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları ölkədaxili nağdsız ödənişlər üçün də keçərlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 
 
 
 
 
 
 
 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol