• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycanda benzin ucuzlaşacaq? - AÇIQLAMA
28.05.2020 23:44
"Dünya bazarlarında yanacağın qiyməti daha da ucuzlaşarsa, ölkəmizə idxal olunan yanacağın qiymətində dəyişiklik oluna bilər”.

Anews.az xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, benzinin qiyməti yalnız neft qiymətlərindən deyil, idxal edən zavodların imkanlarından da asılıdır:

"Benzinin qiyməti neft qiymətindən asılı olaraq dəyişir. Amma neftin qiymətinin benzinin qiymətinə hansı diapazonda təsir etməsinin dəqiq hesablaması hazırda yoxdur. Bu hər bir zavodun maya dəyərindən də asılıdır. Amma ümumilikdə neftin qiyməti daha da düşərsə, idxal olunan benzinin qiymətinin də azalacağı ehtimal olunur”.

Xatırladaq ki, martın 13-də neft qiymətlərinin ucuzlaşması ilə əlaqədar olaraq ölkəmizə idxal olunan "Euro-95” və "Super Euro-98” markalı benzinlərin qiyməti ucuzlaşıb.

Bu növ benzinlərin qiymətləri benzinin topdan satıcısı tərəfindən müəyyən edilir.

"Premium Euro-95” markalı benzinin 1 litri hazırda 1,2 manata (əvvəl 1,5 manat), "Super Euro-98” 1,4 manata (əvvəl 1,6 manat) satılır.

Beləliklə, "Premium Euro-95” benzini 20%, "Super Euro-98” isə 12,5% ucuzlaşıb. Cebhe.info
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol